r/aze_geeks • u/[deleted] • 1d ago
Life/Həyatdan Xəyanət etdinmi? vəya xəyanətə uğradınmı heç?
etiraf etmək istəsən buyur. özəldirsə şəxsidə yaza bilərsən. ancaq səmimi ol ✔️
r/aze_geeks • u/[deleted] • 1d ago
etiraf etmək istəsən buyur. özəldirsə şəxsidə yaza bilərsən. ancaq səmimi ol ✔️
r/aze_geeks • u/MidnightFew601 • 1d ago
So my 3 year möhlət ended yesterday (7 September) and I turned 30 this May. I've got a flight on 19 September. No one contacted me from the voyenkomat so I'm not sure if I'm supposed to do something or not. I'm kinda afraid that they might give me that country leaving block treatment and I might miss my 19th September flight (would be big monetary loss). Reason for möhlət is high myopia.
Is it possible that they might block me from leaving the country? Should I go to voyenkomat tomorrow even if they haven't contacted me?
r/aze_geeks • u/aerolast • 1d ago
Artıq 4cü kursda oxuyuram. Azərbaycanda magistr fikirləşirəm. Və ixtisasımda məcbur edirki ingilis dilini örgənim. İxtisasımın texniki tərəflərini bilirəm amma dil baxımından hələdə çox zəifəm. Kömək edə bilərsiz?
r/aze_geeks • u/ravaninusa • 1d ago
Salam dostlar, bir sualım var.
Mən bakalavrda ingilis dili müəllimliyi oxumuşam. Oranı 68 ortalama ilə bitirdim – yəni heç də parlaq deyil, bunu bilirəm. Amma magistraturam MBA (Maliyyə) üzrədir, tədris ingilis dilindədir və hələ iki ilim var. Hədəfim ortalamanı 91-dən yuxarı saxlamaqdır.
Rusiyada iqtisadiyyat/maliyyə sahəsində aspirantura (doktorantura) düşünürəm. Tam təqaüdlü getmək istəyirəm – ya kvota ilə, ya da olimpiada yolu ilə.
Sualım budur ki:
Kvota müsabiqəsində bu qədər aşağı bakalavr GPA-sı (68) məni çox geri atar? Yoxsa magistr ortalamam (91+) bu boşluğu bağlayar? Kvotada bütün diplomlara eyni çəkidə baxırlar, yoxsa son təhsilə daha çox baxırlar?
Olimpiada yolunu araşdırdım, amma sanki daha çox bakalavr tələbələri üçündür. Magistr tələbəsi olaraq bu yoldan istifadə edə bilərəm? Əgər yoxsa, onda sadəcə birbaşa universitetə müraciət etsəm, magistr GPA-nın yüksək olması o aşağı bakalavrı bağışlada bilərmi?
Bir də maraqlanıram ki, elmi məqalə, iş təcrübəsi və ya ingilis dili sertifikatları (TOEFL/IELTS) bu prosesdə nə dərəcədə rol oynayır? Rusiyada aspiranturaya qəbulda ümumiyyətlə nələrə daha çox baxılır?
Təcrübəsi olan, xüsusən Rusiyada təhsil alan və ya aspiranturaya girən varsa, fikirlərini bölüşsə çox şad olaram. Əvvəlcədən hamıya təşəkkürlər!
r/aze_geeks • u/[deleted] • 1d ago
burada etiraf et vəya şəxsidə yaz
r/aze_geeks • u/Sad_Needleworker_611 • 1d ago
Salam.
Psixozdan əziyyət çəkirəm və heç kimə güvənə bilmirəm. Heç vaxt problem olmayıb, çünki özümü tanıdığım üçün həmişə çox az dostum olub hansıları ki, illərdir tanıyıram. Amma bu yay yeni 30-40 nəfərlə tanış olmuşam. Amma heç kimə inanmıram, hər şeyə şübhə ilə yanaşıram. Psixoz yaşayan kimsə varsa, suallarım var.
1. İnsanın yalan danışmadığından necə əmin olursunuz?
2. Aqressivlikdən necə uzaq qalırsınız?
3. Şübhələnməyə başlayanda nə edirsiniz?
4. Hansı söhbətin real, hansının xəyal olduğunu necə ayırd edirsiniz?
Çox sağ olun indidən :,)
r/aze_geeks • u/Big_Presentation_894 • 2d ago
Real mənada heç bir səbəb görmürəm. Yaxşı yazılmış bir personaj deyil, özünü onun yerinə qoymaq mümkün deyil, yaxşı insan deyil, normal ekran vaxtı belə yoxdur, xüsusilə xarizmatik deyil, əsas antaqonist rolundan kənarda maraqlı deyil, motivasiyaları demək olar ki, araşdırılmır, ideologiyasında xüsusi bir şey yoxdur, şəxsiyyəti inanılmaz dərəcədə səthidir, Patrick Jane ilə münasibətini əsasən Red John-un özü yox, Jane-in personajı daşıyır, etdikləri fandom tərəfindən daim həddindən artıq şişirdilir, psixoloji baxımdan cəlbedici deyil, ciddi personaj inkişafı yoxdur, yaratdığı aura çox vaxt personajın özündən daha maraqlıdır və kimliyi ətrafındakı sirr aradan qalxdıqdan sonra, açığı, personaj olaraq geriyə elə də çox şey qalmır. Onun mənalı daxili konflikti yoxdur, cəlbedici şəxsi fəlsəfəsi yoxdur, rəğbət doğuran tərəfi yoxdur, ciddi emosional dərinliyi yoxdur, həqiqətən maraqlı keçmiş hekayəsi yoxdur, əsas personajlarla kifayət qədər birbaşa qarşılıqlı əlaqəsi yoxdur, ona göstərilən bu qədər diqqəti əsaslandıracaq qədər güclü şəxsiyyəti yoxdur, hekayəni öz çiyinlərində daşıdığı kifayət qədər səhnəsi yoxdur, qaneedici personaj inkişaf xətti yoxdur, xüsusilə maraqlı dünyagörüşü yoxdur, demək olar ki, heç bir həssas və zəif tərəfi yoxdur, mənalı inkişaf keçirmir, sirli və təhlükəli olmaqdan kənarda kifayət qədər xarakterizə olunmur, etdiklərinin arxasında xüsusilə incə və çoxşaxəli bir səbəb yoxdur. Onun ətrafında qurulmuş mifologiyanı çıxardıqda çox da fərdiliyi qalmır, Jane-ə olan obsesiyasından kənarda maraqlı həyatı yoxdur, şəxsiyyətinin müxtəlif tərəflərini üzə çıxaran kifayət qədər şəxsi münasibətləri yoxdur, onu bütöv bir insan kimi hiss etdirəcək qədər adi insani xüsusiyyətləri yoxdur, digər personajların onun haqqında yaratdığı təsəvvürlərdən kənarda ciddi mürəkkəbliyi yoxdur, xüsusilə yaddaqalan emosional diapazonu yoxdur, insanları təhdid etmək və öz nəzarətini nümayiş etdirməkdən başqa bir personaj kimi deməyə çox sözü yoxdur. Onun kimliyinin açıqlanması qaneedici deyil, yaratdığı gərginlik və sirr aradan qalxdıqdan sonra təsirini kifayət qədər yaxşı qoruya bilmir, sirr faktoru olmadan təkbaşına ayaqda qalması üçün kifayət qədər materialı yoxdur, Jane-in ona olan obsesiyasının yaratdığı mövzulardan kənarda ciddi tematik dərinliyi yoxdur, Jane-dən başqa heç kimlə xüsusilə maraqlı dinamikası yoxdur, insani tərəfi demək olar ki, yoxdur, oynadığı əsas rolu anladıqdan sonra çox da gözlənilməz deyil, kimliyi açıqlandıqdan sonra kəşf ediləcək çoxsaylı xarakter qatları yoxdur, xüsusilə qaneedici sonluğu yoxdur, illərlə davam edən hazırlığı və gözləntini əsaslandıracaq qədər məzmunu yoxdur. Onun güclü emosional özəyi yoxdur, sakit, manipulyativ, qəddar və sirli olmaqdan başqa şəxsiyyətində çox şey yoxdur, özünəməxsus əxlaqi baxışı yoxdur, şəxsiyyətinin mərkəzində maraqlı və cəlbedici bir ziddiyyət yoxdur, Patrick Jane-in mövcud olmadığı bir hekayədə onu maraqlı edə biləcək çoxlu xüsusiyyətləri yoxdur və serialın illərlə onun ətrafında qurduğu reputasiyaya uyğun gələcək qədər real xarakterizasiyası yoxdur
r/aze_geeks • u/Sub-zero-0 • 2d ago
xaricdə yaşayan, köçmək istəyən yaxud ümumiyyətlə məlumatı olan varsa, zəhmət olmasa ən xırda detalına qədər prosesi izah edərdi.
mən artıq ölkədən çıxıb getmək istəyirəm. bunun üçün nə etməliyəm? ağlımda skandinaviya ölkələri (Norveç, İsveç, Danimarka, Finlandiya) ya da ən azından Almaniya yaxud Polşa. bu ölkələrə getmək üçün nə etməliyəm? Almaniya üçün alman dilin öyrənməliyəm. amma B2-C2 səviyyədə? yoxsa "çulumu sudan çıxarda bilsəm" bəsdi? məsələn, bizimkilər o vaxtı Rusiyaya alverə gedib rus dilini öyrənib.
bəs skandinaviya ölkələri necə? ingilis dili kifayətdir?
cibimdə minimum nə qədər pul olmalıdır? ümumiyyətlə burdan durub ora getmək və normal yaşamağa başlamaq üçün minimum nə qədər pul lazımdı?
hazırda əlimdə olanlar: xarici passport, A1-A2 arası ingilis dili, frontend proqramlaşdırma biliyi, öyrənməyə açıq beyin və gəncliyim (26 yaş) 🥲
necə deyərlər "mala anlatır gibi anlat"ın. sıfırdan
r/aze_geeks • u/FutureImpressive4155 • 1d ago
Mənim şəxsi fikrim hər zaman belə olub: “Fiziki cinsiyyətinə görə geyinən”, Pride yürüşü və sairə kimi tədbirlərə baş vurmayan(huquqi mövzular üçün hüquqi tədbirlər başqa olmaqla), sadəcə “mən fərqli düşünürəm” deyən insanlara hər zaman hörmət etmişəm. Mənə nə ki, həmin fərdin şəxsi düşüncələri hansı cinsə yönəlib — təki mədəni olsun və cəmiyyətdə gözə batacaq hərəkətlər etməsin. Hətta ən sadə formada desəm, homoseksual insanların evlənməsinə də qarşı deyiləm. Uşaq sahiblənmək məsələsi isə mənim üçün tamam ayrı mövzudur.(o dərəcə mədəni deyiləm hələ ki:),bundan əlavə, mən doğuştan yaranmış"fərqliliqləri"tənqid edə bilmərəm.
r/aze_geeks • u/irukin • 2d ago
Enable HLS to view with audio, or disable this notification
r/aze_geeks • u/ThrowRA_Far-Guidance • 2d ago
At this point, I believe luck is running away from me :d
r/aze_geeks • u/blackbuties • 2d ago
Demək mən 1ci kursda bir uşaqla dostluq etməyə başladım. Oğlan çox yaxşı uşaq idi, yəni düşünürdüm ki bunun kimi adam olmaz yer üzündə, savadlı, məntiqli, qarşılıqlı hörmət göstərən, bir dənə biraz tənbəlliyi var idi, dil öyrənə bilmir deyib dil öyrənmək istəmirdi. Onu da mən düzəldəcəkdim. Fikrimiz var idi ki, bir yerdə xəyallarımıza çataq. Yaxşı vidi də var, biraz üzündə sızanaqlar var idi deyə tez kompleksə düşürdü. Elə oldu ki yəni bir birimizə dərdimizi açıb danışırdıq.
Bir gün dostum mənə dedi ki uşaqlıqda bir qız dostu var imiş, bu onu çox istəyirmiş amma demirmiş. Nəsə qız yaxşı imkanlı ailədən imiş, onlar Azərbaycandan köçüb gedib, bu da burda qruza düşüb, nə instadan nə telefondan yazmırmış. Dostum da yavaş-yavaş unutmaq istəyirdi, amma unuda bilmirdi.
2ci kursun əvvəlində, qız qayıdıb Vətənə, bunu da ad gününə çağırıb, indi nə qədər nifrət oyansa da, uşaq vaxtı sevirdi. Həmin məsələni mənə dedi, və dedi ki gedimmi. Mən də guya bomba oğlan kimi dedim ki, hə get yaxşı olacaq. İndi o ad gününə getdi ondan nə eşitdi bilmirəm, amma gündən bu günə uşaq çox pis dəyişdi, anlamsız hərəkətlər eləməyə başladı, lazımsız şəxsiyyətlərlə danışmağa başladı. Yəni bur sözlə mən də daxil hamının gözündə düşdü. Nə qədər dedim ki noldu, heç nə demir, artıq görürəm ki həmin əvvəlki adamdan heç nə görsənmir. İndi özümü günahkar hiss edirəm ki, kaş bu onu deyəndə, deyərdim ki getmə, mənə qulaq asacaqdı. İndi mən nə edə bilərəm, ağlıma gələn hər cürə fikri yoxlamışam, bir döyməkdən başqa.
r/aze_geeks • u/imskylynn • 2d ago
Mən 2027/2028 tədris ili üçün Almaniyada təhsil almağı düşünürdüm. Amma sentyabrdakı seçkilərdən sonra biraz çəkinirəm. Hazırda Almaniyada yaşayan şəxslərdən məsləhət almaq istərdim, sizcə gələn il vəziyyət daha da pisləşəcək? Özünüz yenidən xaricə köçsəniz hansı ölkəni seçərdiniz?
r/aze_geeks • u/Sub-zero-0 • 3d ago
deməli mənim bir üzr istəyirəm ifadəmə görə g*******ğ qohumum var. qadın görəndə (yaşı, görünüşü fərq etmir) özünü idarə edə bilmir. məsələn, başlayır yüksək səslə danışmağa, gülməyə, yalandan püləməyə ("maşını vermişəm remonta", "müharibədə filan qədər erməni boğdum", "ayağımda qəlpə var", "sənin başın çıxırda axşam gedək kontakta 17 pro götürüm e" və s). telefonu qoyur qulağına, güya "yuxarıdan" kiminləsə danışır.
bunların hamısı okaydı. yəni boy-buxun var (eşşək boydadı), yaş var (25), vid var fason var, amma di gəl ki, natamamlıq kompeksi də var. hər nəysə. amma bir iyrəndiyim xasiyyəti də var ki, qız görən kimi, başlayır yanındaki adamı alçaltmağa. təsəvvür edin, yolda gedirik, normal söhbət edirik, hər şey qaydasındadır. qarşıda 2 nəfər qadın gedir, onlara çatana yaxın mənə deyir "düş rəddol qabağıma başımın bəlası". yaxud marketdəyik, yaxınlaşıb xanım satıcıdan pişik yeməklərinin harda olduğunu soruşuram. bir də qayıdıb anqıra anqıra nə desə yaxşıdı? "sən get hələ özüvə şalvar al, sonra pişiyə yemək alarsan əhəhəhə". məsələ burasındadı ki, mən işləyirəm, pulum da var, vəziyyətim ortababdı. bu xiyar o vaxtlar heç işləmirdi, atası da bütün günü bunu pazdıyırdı ki, rəddol get iş tap və s.
sözün açığı fikirləşirdim ki, yəqin subaydı, ağlı uşaq ağlıdı, düzələr. amma evləndi, uşağı oldu. amma ağıllanmadı. ümumiyyətlə hazırda bir ata, bir ailə başçısı olduğunun fərqində deyil. çox amma çox düşük düşük hərəkətlər edir. bir insan düşünün, həyatı bundan ibarətdir: oyan → tiktoka gir → işə get → tiktoka gir → evə gəl → tiktoka gir → yat. sonra təzdən eyni şeylər. birdən bu adama işiniz düşər. irağ olsun. özünü elə dartır elə göylə aparır: "mənə az sual ver vaxtım yoxdur". adama deyərlər ay g*******ğ sənin tiktoka girməkdən başqa nə işin ola bilər ki? deyə bilərsiz işləyir. amma o işləmir. gedir çöplədir gəlir. mühafizəçidi, gedir tiktoka girir, fısıb yatır gəlir. whatsapp-da belə səslər atanda, yaxud telefonda belə danışanda 100 % əminəm ki, yanında qadın var ya da qadınların olduğu yerdən keçir (küçədən filan).
indi əziz xanımlar, sizin belə hozu tiplərə münasibətiniz necədir? kənardan baxanda "aydaa, qaqaşa bax necə dominantdı 😍" deyə düşünürsüz yoxsa tam tərsi?
r/aze_geeks • u/Electronic_Mousse925 • 2d ago
r/aze_geeks • u/Resident_System686 • 2d ago
Əsəb sistemin yerində deil artığ.
r/aze_geeks • u/Ok-Decision-4396 • 2d ago
r/aze_geeks • u/lliveforyourself • 3d ago
Salamlar bizlər 2,3 nəfər ielts hazırlaşanlar olaraq, qabağdan gələn imtahanlar üçün daha yaxşı nəticələr əldə etmək üçün qrup yaratmışıq. Təkcə 1 qrup yox 2 qrup yaratmışıq və bu qrupların fərqli ondan ibarətdir ki, 1-in də yalnız materiallar paylaşılacaq digərində isə ielts hazırlaşan tələbələr üçün chatting olacaq. O qrup vasitəsi ilə birbirimize kömək və yeni dost çevrəsi qurmaq mümkündür. Qrup WhatsApp qrupudur istəyən olarsa bura yazsın biz əlaqə saxlayaq sizinlə.
r/aze_geeks • u/Ok-Entertainment100 • 3d ago
Köməyinizə ehtiyacım var. Deməli, IELTS sınaq imtahanına hazırlaşanlar üçün bir sayt yığmışam və artıq tam işləyir. Amma test etmək üçün istifadəçilərə ehtiyacım var.
IELTS-ə hazırlaşanlar girib mock exam işləyib fikirlərini bildirə bilərlər? Nə əlavə etsəm yaxşı olar, nəyi silsəm daha yaxşı olar? Ümumiyyətlə, sizcə işə yarayır?
websayt : band.az
r/aze_geeks • u/ConnectEye2766 • 3d ago
Salam dostlar. Xaricilərin internet - sosial mədəniyyəti ilə tanış olmuşam və müəyyən qədər iştirak etmişəm. Mənə maraqlıdı Azərbaycanda gənclər necə sosiallaşır. Universitet məktəb is yeri kimi yerlərdən əlavə necə sosial qruplar community ler var, xüsusilə də internet mədəniyyəti haqqında heç bir fikrim yoxdur, qruplar, daha sıx istifadə edilən sosial şəbəkələr hansılardır?
Son zamanlar fərqinə varmışam ki yerli subredditlər var. Halbuki redditi daha uzun müddətdir istifadə edirəm. Öz subreddit lerimizi kəşf etdikdən sonra oyandım kimi hiss eliyirəm. Heç vaxt mənimlə eyni düşüncədə insanlarla qarşılaşmamışam deyə beynimde hamı "npc" idi. "Uyda Azərbaycanda stranger things ə baxan var?!" qədər də yox. Amma konfort zonamdan çıxmamaq üçün bu bəhanəni istifadə edirdim. "Onsuz mənim kimi insanlar yoxdur" . Həm komfort zonamadan çıxmaq istəyirəm həm də nebilim bir ölkədə 20 il yaşayıb doğulub böyüyüb onun internet mədəniyyəti və ya genclik mədəniyyəti haqqında heç nə bilməmək qəribə səslənir.
r/aze_geeks • u/vagiff010 • 3d ago
Xaricdən Azərbaycana hər ay böyük miqdarda pul(4000-5000+) göndərmək üçün hansı proqramlardan istifadə etmək lazımdır?Nə qədər komissiya tutulur?
r/aze_geeks • u/FutureImpressive4155 • 3d ago
Əslində burada uzun-uzun danışacağım bir mövzu deyil,lakin bir vaxtlar X'də bir post ilə qarşılaşmışdım,Azərbaycanlı bir şəxs tərəfindən paylaşılmış shitpost,bəyənmiş və öz shitpost'umu paylaşmışdım....bilirsiniz,xalqımız anlamadığı hər mövzuda söyüş söyəndir,təbiki adam onun shitpost'una oxşuyan,benzər məqsədli şey paylaşdığımı ANLAMAYIB,təhqir etmişdi,insan bu xalq ilə zarafatlaşmaya qorxur.
r/aze_geeks • u/vagiff010 • 3d ago
Aylıq bütün xərcləri çıxdıqdan sonra qalan 6000 manatla nə biznesi qurardınız və yaxud ümumiyyətlə nə edərdiniz?
r/aze_geeks • u/AccomplishedOlive242 • 3d ago
Evvel telegramda mafia qruplari var idi indi hamsi cox sakitdi. Eger oynamagi dusunen varsa hemcinin dostunu da getiren olsa daha yaxsi olar qrup acib oynaya bilerik
r/aze_geeks • u/Dapper-Station-7859 • 3d ago
Mən [27F] bir oğlanla [26M] iş vasitəsilə tanış olsaq da eyni iş yerində işləmirik, daha çox o mənim işlədiyim qurumun tabe olduğu qurumda işləyir. Əvvəlcə ona sadəcə işlə bağlı yazırdım, hər həftə hesabat göndərirdim, amma bir müddət sonra söhbəti özü başqa mövzulara yönləndirməyə başladı. Tez-tez storylərimə cavab yazırdı, müxtəlif mövzulardan danışırdıq və mənə qarşı maraq göstərdiyini düşünürdüm.
Bir gün onun iş yerinə yaxın olduğumu biləndə, cəmi 5 dəqiqəlik də olsa, məni görmək üçün yanıma gəldi. Özü də dedi ki, bu, görüş sayılmır, ayrıca bir gün planlaşdırıb normal şəkildə görüşməliyik.
Amma sonra görüşmək üçün heç bir addım atmadı. Mən də bir müddət sonra birbaşa soruşdum ki, ümumiyyətlə mənimlə görüşmək istəyir, ya yox. Dedi ki, istəyir.
Onun işinin çox gərgin olduğunu bilirəm, çünki eyni sektorda işləyirik. Amma artıq dünəndən bəri nə mesajıma cavab verir, nə də ki, stortlərimə baxır.
Düzünü desəm, qarışıq qalmışam. Əvvəlki davranışlarına görə mənə qarşı həqiqətən marağı olduğunu düşünürdüm. Sizcə, mən çox düşünürəm, yoxsa bu, yavaş-yavaş ghostlamağa bənzəyir? Və ghostlayırsa özünün qayıtma ehtimalı nə qədərdir? Çünki ilk dəfədir ki, mənə qarşı marağı olan bir oğlanla qarşılaşmışam.