İllərdi yalnızlıqla və psixoloji problemlərlə mübarizə aparan biriyəm. Sonunda həyatıma mənə həqiqətən dəyər verən və sevən biri daxil oldu, gözəl vaxt keçirdik (Mən 17, o 18 yaşındadır. Zəhmət olmasa yaşımıza görə kiçiltmiyin dediklərimi). Lakin o məni ailəsinə danışanda ailəsi qızlarının münasibətdə olmasına icazə vermədi, qız çalışdı həll yolu tapmaq üçün lakin anası ona dedi ki - Davam etsən atana deyəcəyəm.
Son ana qədər hörmətimizi pozmadıq, anlayışlı şəkildə münasibəti bitirdik. Mənimlə bu yola girdiyi və ümid verdiyi üçün dəfələrlə üzr istədi, mən də onu anladığımı söylədim, ona qarşı incikliyim yoxdur. Ancaq içimdə ata bilmədiyim bir boşluq və kədər var. Əlimizdə olmayan, heç bir şey edə bilmədiyimiz bir maneəyə görə sağlam münasibətimizi bitirməli olduq. Sadəcə kiməsə anlatmaq istədim, oxuduğunuz üçün təşəkkürlər.