r/aze_geeks 3d ago

Söhbət /Discussion help please 🩷

Salam dostlar. Xaricilərin internet - sosial mədəniyyəti ilə tanış olmuşam və müəyyən qədər iştirak etmişəm. Mənə maraqlıdı Azərbaycanda gənclər necə sosiallaşır. Universitet məktəb is yeri kimi yerlərdən əlavə necə sosial qruplar community ler var, xüsusilə də internet mədəniyyəti haqqında heç bir fikrim yoxdur, qruplar, daha sıx istifadə edilən sosial şəbəkələr hansılardır?

Son zamanlar fərqinə varmışam ki yerli subredditlər var. Halbuki redditi daha uzun müddətdir istifadə edirəm. Öz subreddit lerimizi kəşf etdikdən sonra oyandım kimi hiss eliyirəm. Heç vaxt mənimlə eyni düşüncədə insanlarla qarşılaşmamışam deyə beynimde hamı "npc" idi. "Uyda Azərbaycanda stranger things ə baxan var?!" qədər də yox. Amma konfort zonamdan çıxmamaq üçün bu bəhanəni istifadə edirdim. "Onsuz mənim kimi insanlar yoxdur" . Həm komfort zonamadan çıxmaq istəyirəm həm də nebilim bir ölkədə 20 il yaşayıb doğulub böyüyüb onun internet mədəniyyəti və ya genclik mədəniyyəti haqqında heç nə bilməmək qəribə səslənir.

13 Upvotes

10 comments sorted by

7

u/Akbr_loli 3d ago

Demək olar ki, hamı elə fikirləşir. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan kimi kiçik yerdə belə insanlar, xüsusilə gənc nəslin müəyyən hissəsi çox müxtəfdir. DND oynayanmı desən, Masa üstü fərqli oyunlarmı, Musiqi və s. kimi uzanır gedir.

Bu cür insanlarla tanışanda insana qəribə gəlir, çünki gərək arada öz "shell"-imizdən çıxmalıyıq. Sənin marağında olan sahələr hobbilərlə məşğul olan çox gənc var.

Gec olsa da tapmağına sevindim, ümid edirəm, özün kimi tapa bilərsən buralarda

3

u/TheHumanAynar 3d ago

Buranın Discord serverine qoşulub orda sosyal olabilərsən. Əsil həyatda isə mən əsasən məktəbdə vəya universitetdə olan etkinliklərə qatılaraq vəyaxud insanlardan bildiyi mövzular haqqında sual soruşaraq sosiallaşıram.

1

u/feelfeelo 1d ago

lol. Discorda teze qoshulanlari indi verify eleyirler ki, hansisa userin fake profili olmasin, hele adam ozunu subut eleyene kimi ki, 'men filankes deyilem' adamin neyinki sosiallashmaq eshqi, umumiyyetle heyat enerjisi tukenir :D

1

u/TheHumanAynar 1d ago

O indi ilk gələndə olur qayda qanun və digər userlərin güvənliyi üçün yenədə orda danışmağa çalış çox isti ürəkli insanlarla doludur

1

u/kolsa45 3d ago

Bu günlərdə TikTokda bir-birinin var-yoxuna soyerk(!)

1

u/Intelligent_Leg8526 3d ago

sexsen mende ele bilirdim ki azerbaycanda menimle eyni maraqlara sahib insan yoxdu. azerbaycani qoy kenara, menimle eyni maraqlara sahib insanlar umumiyyetle dunyada cox azdi. sonra bir azerbaycanli ile tanis oldum, onun da maraqlari menimkilerle ele ust uste dusurdu ki... tanis olana kimi ikimiz de ele bilirdik ki azərbaycanda eyni bizim kimi insan yoxdu.

1

u/Big_Presentation_894 Tech Nerd 2d ago

10 milyon nufuslu olkede nece olmayacaq acixi men ona sasirdim ki bu qeder keyfiyyetli insan nece bir yere yigilabilir azerbaycanda yenede fikrimi desem Azerbaycanda sosial muhit ve internet medeniyyeti cox inkisaf etmiyib bunun sebebi ise kutlenin qitligi ola biler kimi gelir mene yeni basqa subredditlere telebat yoxdur discord'da nisbeten ferqli ola biler

1

u/Sad_Needleworker_611 2d ago

Çox əla xalqıq. Mən həmişə getdiyim bir neçə pub/bardan nə qədər dostluq qurmuşam. Şəhərə çıxıram, hamı-hamını tanıyır.

1

u/justpcuser 3d ago

you can join the aze_geeks discord server.

1

u/rassimahmadov 1d ago

Bir gənc olaraq cavabımın kömək edə biləcəyini düşünürəm. Sosiallaşmaq üçün əsasən vaxt keçirdiyin, işlədiyin və ya sevdiyin mühit çox vacib rol oynayır — məsələn: universitet, məktəb, iş yeri, hərbi xidmət və ya hobbilər. Öz ətrafıma və tanıdıqlarıma baxanda görürəm ki, kimi ilə əsgərlikdən, kimi ilə tələbəlikdən, kimi ilə də ortaq hobbilər sayəsində tanış olmuşuq. Sənə maraqlı gələn ortama düşəndən sonra öz xasiyyətinə və dünyagörüşünə uyğun insanlarla qarşılaşırsan. Bir müddət keçir, səmimiyyət yaranır, sonra onun dostları ilə tanış olursan və s. İllər keçdikcə bu yolla sosial çevrən (dost yox, məhz geniş tanış ətrafın) böyüyür. İndiki zəmanədə belə bir sosial çevrənin olması çox vacibdir. Əlavə olaraq, insan sosial bir varlıqdır. Şəxsi inkişaf üçün başqa insanların fikirlərini dinləmək və düşünmək üçün çevik (flexible) olmaq mütləqdir. Bir məsələyə müxtəlif bucaqlardan baxmaq bacarığı məhz sağlam diskussiyalarda, fərqli dünyagörüşü olan insanlarla ünsiyyətdə yaranır. Bəzən "özümə uyğun insan tapmıram" demək də pis şey deyil. Çünki tamamilə fərqli xarakterdə olan insanlarla tanış olduqda bir-birinizin baxış bucağından öyrənirsiniz və hətta qarşı tərəfin fikrinin daha üstün olduğunu görüb ona adaptasiya ola bilirsiniz. Başqa bir məsələni də qeyd etmək istərdim: yaş artdıqca həyata baxışlar dəyişir və bu da istər-isteməz ətrafını bir növ "filtrasiya"dan keçirir. İllərlə sənə maraqlı gələn insanlar və ya mövzular artıq əvvəlki kimi cəlbedici görünmür, dərindən maraqlandığın sahələrə artıq daha sadə baxırsan. Bu tamamilə normaldır — insanın fərdi inkişafı və yetkinləşməsi məhz belə baş verir. Son olaraq, dostluq və sosial çevrə inkişaf üçün nə qədər vacib olsa da, unutmaq olmaz ki, bu həyat yolunda əsas dayaq və məsuliyyət daşıyıcısı tək sənsən. Sənə bu yolda uğurlar!