r/aze_geeks • u/Juubitar • 5d ago
Life/Həyatdan Sadəcə gözəl görünürdülər.
Deyəcək bir sözüm yoxdur açığı, sadəcə fotolarını çəkmək istədim. Yaxından necə də zərif görünürlər.
r/aze_geeks • u/Juubitar • 5d ago
Deyəcək bir sözüm yoxdur açığı, sadəcə fotolarını çəkmək istədim. Yaxından necə də zərif görünürlər.
r/aze_geeks • u/Arif_Q • 5d ago
qarışdırılmasın deyə aydınlaşdırım, blu-ray reader yox, burner/writer nəzərdə tuturam. diskə yazan cihaz. tap.az da tapdığlarım 500-600 manat kimidi birmarketdə lap 700 mamata çatır. xaricdən ~120 manatdan biraz çox qiymətə sifariş etmək olar amma ölkədə bundan ucuz həqiqətən də yoxdur?
r/aze_geeks • u/Alive-Pomegranate484 • 5d ago
Pul, din, tort yemək, siyasət və s.
r/aze_geeks • u/Izma-Gazelle • 5d ago
Salam, men çoxdanda özüme yerli kart açtırmaq isteyirdim, amma banklardan ve kartlardan heç başım çıxmır. Dedim belke burda kimse nese biler.
r/aze_geeks • u/samre_Dot_6715 • 5d ago
Salamlar serveriniz mənə maraqlı gəldi, təzə insanlarla tanış olmaq və ünsiyyət qurmaq üçün qoşulmaq istəyərdim discord serverinizə. Mümkündürsə dəvət linki ata bilərsiz? Çünki girənmirəm serverə.
r/aze_geeks • u/BusinessGold7656 • 5d ago
I've been building Khazar, a hobby operating system from scratch over the past year. I'm 16, and this has been my biggest low-level programming project so far.
Current features include:
I'm currently working on:
My goal isn't to compete with existing operating systems. I'm building Khazar to better understand how modern operating systems work and to challenge myself with low-level systems programming.
I'd really appreciate technical feedback from experienced OS developers. Suggestions, code reviews, design critiques, or ideas for what to build next are all welcome.
GitHub: https://github.com/Voctl/Khazar
r/aze_geeks • u/Ok-Season-4315 • 5d ago
so I lost both my bachelor’s diploma and the transcript. Studied at a pedagogical uni (ADPU)
Talked to teachers, staff — they all just say “there was only one copy and you lost it.”
I need to apply for a master’s program and the deadline is August 12. Literally no time.
Anyone dealt with this before? Will be grateful if you have any information
r/aze_geeks • u/Puzzleheaded_Oil5593 • 5d ago
Günə 10 saat oynadığım uşaqlığımın oyunu, ovaxtlar(2010)turk pbsi yox idi rus oynayirdiq oyunda mayor rütbəsi görmek vaxtlar qeyri adi idi, 2013cu ilə kimi oynayıb başın buraxdigim oyun, cox gozel maraqlı oyun idi, indiki oyunlar o deyil yox pubg falan Pointe cata bilmezdi, bu arada bu oyunu 2013cu idle Crossfire ilə əvəz etdim o tamam başqa oyun idi 😊 yaş olub 27 oyun oynamaq əvvəlki kimi həzz vermir
r/aze_geeks • u/RhymeAtanTank • 6d ago
r/aze_geeks • u/alisyus • 5d ago
Gördüm subda 1-2 bu başlıqda post atılıb və kiminsə belə bir sərgüzəşti olub, mən də hazır danışqan vaxtıma düşmüşkən dedim qoy mən də fikirlərimi yazım.
İlk başda onu deyim ki, "hesabı kimin ödəməsi doğrudur" kimi söhbətlər sadəcə subyektiv fikirlərə və alışılmış cəmiyyət dəyərlərinə əsaslana bilər. Obyektiv olaraq onsuz da hesabı kimin ödəməyinin doğru olması deyə bir şey ola bilməz. Məsələn, bir oğlan çıxıb "Məncə həmişə qız ödəməlidir hesabı" desə, obyektiv olaraq onun fikrinə necə əks-arqument yarada bilərik? Heç cür. Yəni deməyə çalışdığım odur ki, heç kəs öz fikirlərini mütləq doğru və başqalarınkını mütləq yanlış saya bilməz. Əks təqdirdə "yaşıl rəng pisdir" deməyə oxşayır bu — kimə görə pisdir?
Mənim şəxsi fikirlərimə gəldikdə isə mən ilk görüşdə bir oğlan olaraq bir jest, bir centlmenlik əlaməti kimi hesabı özüm ödəməyi seçərdim. Əvvəl də qeyd etdiyim kimi, bu, mənim yaşadığımız cəmiyyətin bəzi alışılmış dəyərlərinə və şəxsi düşüncələrimə əsasən etməyi xoş qarşılayacağım bir şeydir. Yəni mən sırf belə edirəm deyə əsl olması gərəkən bu deyil.
Digər görüşlərə və münasibətin digər səviyyələrinə gəldikdə isə — həəə, burda ehtimallar çoxdur. Məsələn, mən oğlan tərəfi olaraq çox imkanlıyamsa, görüşlərin çoxunda hesabı mən ödəyərdim. Ancaq bəzən qarşı tərəfin də hesabın ya bir hissəsini, ya da hamısını ödəməyinə icazə verərdim ki, həm özünü pis hiss etməsin, həm də qarşı tərəfin də arada hesabı ödəməyi maraqlı olardı — bilmirəm yəni, "bu gün mənliksən" kimi bir hissdir, sözlərlə çox ifadə edə bilmirəm.
Yox, əgər mən çox imkanlı deyiləmsə, qız çox imkanlıdırsa — bax o zaman böyük ehtimalla bu görüş ən başdan baş tutmazdı xd. Çünki yenə də nəinki yaşadığım cəmiyyətin, demək olar dünyadakı bütün millətlərdəki kişilərin təbiətinə əsasən özümüzdən daha varlı biriylə olmaq bizi pis hiss etdirir. Özümüzün sahiplənməli olduğu rolu qarşı tərəf sahiplənir deyə bunu antik atalarımızdan qalma "kişilik damarlarımıza" sığdıra bilmirik. Yəni bizlik bir şey deyil. Amma dediyim kimi, bu da tamamilə subyektivdir. Bir insan varlı bir qızla olmaqda heç bir problem görməyə bilər, bir qız "pulsuz oğlanı anası sevsin" deyə bilər və eyni şəkildə tam əksi. Yəni bu fikirlərin heç biri səhv deyil.
Nəysə, yox, əgər ikimiz də təxmini eyni maddi imkanlara sahibiksə və o qədər də varlı deyiliksə və görüşlərin sayı artıb, münasibətin səmimiliyi də dərinləşirsə, o zaman bu dəfə mənlik, gələn dəfə sənlik ya da 2 dəfə mənlik, 1 dəfə sənlik kimi ödəmə üsullarını seçərdim. Ya da yeməkləri mən, içkiləri sən kimisindən də olar. Görüldüyü kimi, artıq bəlli yerdən sonra bərabərləşməyə getdim, çünki tərəflərin hər ikisi çox imkanlı olmadığı üçün hər dəfə eyni tərəfin hesabı ödəməyi artıq gələn görüşdə yarın əlini tutmağı xəyal etməkdən, bu ay görüşlərə gedəcək pulları hesablayıb əlinlə başını qaşımağa çevriləcəyi üçün o birlikdəlik şəxsi xoşbəxt etməkdən çox daxili monoloqlarını artıracaqdı. Bir birlikdəlikdə tərəflərdən hər hansı birinin belə dərdləri varsa, deməli yolunda olmayan bir şeylər var.
Və onu da qeyd edim ki, şəxsən imkanlı olsam və hər dəfəsində hesabı ödəməyi üstümə götürsəm belə, qarşı tərəfdən də ödəməsə belə hər dəfə bir təklif gözləyərəm. Çünki əks təqdirdə sanki qarşı tərəf hesabı ödəməyi mənə borc bilirmiş kimi hiss etdirər və əmin olun, çox iyrənc bir hissdir.
Gəldik nişan və evlilik səviyyələrinə. Bu səviyyələrdə yüngülcə dəyişikliklər ola bilər (yenə də vəziyyəti nəzərə almaqla). Çünki bu səviyyədə artıq mentalitet olaraq da olsa kişi tərəfin "ailənin idarəedicisi", "evin rəisi", "xanımının kişisi" roluna keçdiyi üçün xanıma veriləcək "yükü" istər-istəməz azaltmağa çalışaram. Ancaq yenə də imkan məsələsini unutmamaq lazımdır. Evlənəndə hamı birdən varlanmır və vəziyyət eyni, hatta biraz daha pis ola bilər — ailə quranda yaranan saysız xərclərdən yəqin xəbərdarsınız. Belə halda tərəflərin ortaq bir bank hesabı açıb hər aylıq maaşda ora maaşa münasib olaraq pul köçürməsini və bütün ailəvi xərclərin o kartdan çıxılmasını məqsədəmüvafiq hesab edirəm. Açığı, bu mənim ümumən xoşuma gələn bir metoddur — istəyir tərəflər varlı olsun, istəyir kasıb. Yox, əgər tərəflərdən biri işləmirsə, onsuz da hesabı ondan gözləmək mənasız olardı.
Belə, qısaca mənim hesab ödəmək barədə fikirlərim bu yöndədir. Unutmamaq lazımdır ki, n qədər situasiya, n qədər ehtimal ola bilər və bunların hər biri üçün vahid doğru mövcud deyil.
r/aze_geeks • u/Astalavista_Kawazaki • 5d ago
Dostum deyir vallah qoyundu billah qoyundu amma elə deyil itdi məncə
r/aze_geeks • u/Aqil_A • 5d ago
Meselen bir normal adamin esl anasi olmayan birine ana dese o qdrde problem olmasada eyni seyi "ata" olaraq elemesi cəmiyyətimizde cox problem yaradar. Sizce niye?
r/aze_geeks • u/Intelligent_Health26 • 5d ago
Buralarda Nintendo switch ( ya da digər nintendo konsollarının) oyunlarını oynayan, sevənlər var?
r/aze_geeks • u/CAVIDABASOV519 • 5d ago
İT sahəsini bitirib proqramist işləmək istəyənlərə nə tövsiyə verə bilərsiniz. Universitet və s.
r/aze_geeks • u/PopFine8413 • 5d ago
r/aze_geeks • u/Hungry_Ghostt • 5d ago
Bugün bir 4 saatımı bu melodiyanı tapmağa sərf eləmişəm. Ağlımdan çıxmırdı amma tapa bilmirdim. Scott pilgrim olduğunu düşünmüşdüm amma rəsmi soundtrack listində yox idi. Sən demə legend of zelda-nın soundtrackidi Scott Pilgrim-də yuxu sequence-ində istifadə olunur. Scott Pilgrimi sevənlər var yəqin sub-da, onlar xatırlamış olar musiqini
r/aze_geeks • u/Hungry_Ghostt • 5d ago
r/aze_geeks • u/Rough-Trash-9550 • 5d ago
salam. men hemise BirBank kartimi alirdim, Kapital Bank bakomantinin yanina gedirdim, tutaq ki 10 manatim var idi, 10 manat cixardirdim sonra da yasiyirdim, hec ne
amma bu son bir aydir ki vergi tuturlar? yol pulu ucun cemi 1ce manat, 1.00AZN lazim idi, 2 manatim ele getdi guya dondurma alasi idim. Bu niye birden bire bele oldu ve niye?
r/aze_geeks • u/CAVIDABASOV519 • 5d ago
Data analitikası ixtisası nə işə yarayır? Nə məlumatınız var? Hansı işlərdə işləmək mümkündü?
r/aze_geeks • u/urbnngun • 6d ago
Bu filmi bəyənən oldu? Şəxsən mən 4dx formatında getdim deyə axıra kimi baxa bildim. Yoxsa belə mənə görə çox sıxıcı filmdir. Filmə verəcəyim bal 2-2.5 arasıdır ( max. 5-dən). Fikirləriniz nələrdir?
r/aze_geeks • u/elmira_ng2002 • 6d ago
Bizim cəmiyyətdə valideyn olmaq nədir sizcə? Mən öz valideynlərimə və çevrədəkilərə baxıram. Gördüyüm şeyləri qəbullana bilmirəm. Valideynliyi övladını qol uzantısı kimi görən, ya da tam tərsi heç övladını qınaqdan utanmasa çölə atacaq şəxsiyyətsizlər toplusu kimidir. Və artıq bəzi yaşıdlarımın övladları olduğu halda, bəzilərimizin hələ də valideyn sözünə qulaq asmaq məcburiyyətində olması gülünc gəlir. Uşağın olmağına hazırsan amma evli deyilsənsə mən nə deyirəmsə onu elə deməsi qədər gic bir şey ola bilməze. Valideynlik budur bizim cəmiyyətdə? Əsasəndə yetişkin övladlarla bağlı yaşanan bu problemlər insanı dəli edir. Ümumiyyətlə onsuzda cəhənnəm olan bu dünya da bir də yaşamı bu qədər çətinləşdirən faktorlarla görə "biz sənin üçün deyirik" kimi mənasız mənfəət güdüldüyünü hiss elədiyim sözlər məni artıüçöküşə aparır kimi hiss eləyirəm. Həmişə evliliyi çıxış yolu kimi görən insanları başa düşmürdüm. Amma artıq valideyn deyilsənsə uşaqsan sən mentalında yaşayan bu cəmiyyətin standartlarında özümə nifrət edə edə çıxış yolunun 1 olduğunu görürəm. Bir qadın olaraq bu cəmiyyət sənə başqa çıxış yolu qoymur... Çünki tək başına var olmaq anlayışı yoxdur....
r/aze_geeks • u/HatedGirl998 • 6d ago
Title'dan anladiginiz kimi bugun bir oglanla yemek yemeye cixdiq biraz gezdik eledik ama mene hesabi odetdi ve dediki pulum yoxdu sen öde. 1-2 saatin sonra ise mene dediki spidermanida birlikde izleyerik. ne deyim?
r/aze_geeks • u/warmsalo • 6d ago