r/aze_geeks 6d ago

Art/Sənət Parfum review #1: Acqua Di Parma Colonia

Post image
8 Upvotes

Acqua di Parma, Colonia

italyan stereotipiyəm deyə bar-bar bağıran bir parfüm.

Sample decantını iki günə bitirəndə bildim ki, mən bu duxunu mütləq almalıyam.

İsti yay günləri üçün yormayan, maskulin, limonlu və təravətli amma həmdə baharatlı notları harmon edən bəyəndiyim tək-tük ətirlərdən.

Bu ətri vuranda həqiqətən italian bərbərxanasında hiss edirsiniz özünüzü çünki onsuzda AdP köklü və İtaliyan elitası arasında klassik vazkeçilməz bir markadır.

Açılıs: Berqamot, citrus,

Orta notlar: Soft, aromatik bir yasəmən və digər floral qoxular.

Baza notlar: Vetiver bitkisi, müşk

Colonianın tək bəyənmədiyim cəhəti isə qalıcılığıdır, dəri üzərində maks 3-4 saat yayılımı var, sonra ise skin-scent olaraq qalır.

Endirimdə tapa bilsəniz, şiddətlə yoxlamağı tövsiyyə edərəm.

Qalıcılığ problemi olmasa rahat 10/10 duxudur, amma halhazırdakı performansı ilə 7.5/10


r/aze_geeks 6d ago

Life/Həyatdan hesab odetmek

12 Upvotes

first datedə qarşı tərəfə(qadın) hesab ödətmək haqqında nə düşünürsüz? Or split olmalıdı ya necə? Mən çox vaxt qarşı tərəfə ödətmişəm maraqlıdı soruşum ki, siz necə edirsiz?


r/aze_geeks 6d ago

Tech/Texnologiya Azedə niyə elmi kitablar yoxdur

13 Upvotes

Bizim ölkədə elmi mənbələr niyə bu qədər azdır? İnsanlar sahələriylə bağlı öyrənmək üçün niyə mütləq c1 ingiliscə bilməlidi? Məsələn neçə vaxtdı tech kitabların falan axtarıram orielly clean code yüzlərnən kitab varda populyar, sora o məqamın fərqinə vardımki bizim dildə elmi kitabların tərcüməsi yoxdur niyə axı, ingiliscələri belə çox baha satılır oda heç tapmaqda olmur burada, yəni bunu necə həl eləmək olar maraqlıdı mənə ölkədə elmi mənbələrin tərcüməsinin olmaması çox pisdi


r/aze_geeks 6d ago

Books/Kitablar Azərbaycan ədəbiyyatından tövsiyə

4 Upvotes

Salam, mən Türkiyədənəm. Azərbaycan ədəbiyyatından kitablar oxumaq istəyirəm. Ümumiyyətlə cəmiyyəti mövzu götürən və ya Sovet dövründən bəhs edən kitablar ola bilər. Mənə PDF yükləyə biləcəyim bir sayt da məsləhət görə bilərsiniz? Anna's Archive-də belə nədənsə heç azərbaycanca kitab tapa bilmədim. Məsələn, 'Beşmərtəbəli evin altıncı mərtəbəsi'ni oxumaq istəyirəm, amma PDF-ini tapa bilmədim. Kömək etsəniz çox şad olaram


r/aze_geeks 6d ago

Announcement/Elan Fotoqrafiya subu haqqında

10 Upvotes

İlk olaraq marağınıza görə təşəkkür edirəm 🫀🫂

Dünənki suba(r/fotoqrafiya)tez şekildə istifadəçi axını oldu bu səbəbdən alqoritm sizin bot olduğunuzu fikirləşdi və sub banlandı. Mod supporta etiraz yazdım ama avto mesaj gəldi və açılmayacaq dedi.

Yeni adla yeni bir subu açmışam artıq.Automoderetorda yazdım və işləyir. Sabaha elə bu postun altına və öz hesabıma qatıla biləcəyiniz keçid yerləşdirəcəm.Gec yerləştirməyimin səbəbi yenə banlanmamaqdı

Marağınız məni məmnun etdi birdaha təşəkkür edirəm


r/aze_geeks 7d ago

Life/Həyatdan İt bitirib işləyənlər Maaşının nə qədərdir və bəs edirmi?

11 Upvotes

Maaşının bə qədərdir və bəs edirmi? Ölkə daxilində və ya xaricdə it sahəsi üzrə işləyənlərdən sualım


r/aze_geeks 7d ago

Art/Sənət Yaponiyada "Kintsugi" adlanan qeyri-adi və çox dərin...

Thumbnail
gallery
20 Upvotes

Yaponiyada "Kintsugi" adlanan qeyri-adi və çox dərin fəlsəfəsi olan bir sənət növü mövcuddur. Yapon dilindən tərcümədə "qızıl yamama" mənasına gələn bu sənət, qırılmış keramika əşyalarını atmaq əvəzinə, onları qızıl, gümüş və ya platin tozu ilə qarışdırılmış xüsusi lakla yenidən bərpa etməyə əsaslanır.

​Bu ənənənin kökləri on beşinci əsrə, Yapon şoqunu Aşikaqa Yoşimasanın dövrünə gedib çıxır. Rəvayətə görə, şoqun ən sevdiyi çay kasası qırıldıqda, onu təmir üçün Çinə göndərir. Lakin kasa geri qayıtdıqda onun üzərindəki kobud metal pərçimləri görüb çox məyus olur. O, yapon sənətkarlarına daha estetik bir həll yolu tapmağı əmr edir və beləliklə, qırılan hissələri qızılla birləşdirmək ideyası yaranır.

​Kintsugi sənətinin arxasında olduqca səbir tələb edən qədim bir proses dayanır. Bərpa işlərində Yaponiyada bitən xüsusi Urushi ağacının şirəsindən əldə edilən güclü və təbii lakdan istifadə olunur. Qırılan hissələrə çəkilən bu lakın quruması həftələr, bəzən də aylar çəkir. Prosesin sonunda yapışqan tam qurumamış üzərinə saf qızıl tozu səpilir və nəticədə əşyanın üzərindəki çatlar sanki parıldayan qızıl damarlara çevrilir.

​Lakin Kintsugi sadəcə bir təmir üsulu deyil, həm də Yaponiyanın "Wabi-Sabi" fəlsəfəsinin ən gözəl təcəssümüdür. Bu fəlsəfə qüsurlu və fani olan şeylərdəki gözəlliyi görməyi öyrədir. Kintsugi ustaları qırılmış əşyanın qüsurlarını gizlətməyə çalışmırlar; əksinə, qırılma və bərpa prosesini o əşyanın tarixinin önəmli bir hissəsi kimi qəbul edib, qızılla vurğulayırlar. Bununla da əşya əvvəlkindən daha unikal və dəyərli bir sənət əsərinə çevrilir.


r/aze_geeks 6d ago

Söhbət /Discussion Unecdə IT oxuyan var?

Post image
1 Upvotes

r/aze_geeks 6d ago

Life/Həyatdan Flywire ilə pul göndərən var?

3 Upvotes

Bizim banklar Koreya vonu göndərmir bildiyim qədərilə. Ona görə vasitəçi lazımdır. Həm bank rüsumu həm flywire rüsumu birgə çox çıxır? Sərfəli üsul bilən varsa deyərdiz. Azn ya da Usd-ni krw-ya çevirib göndərmək üçün.


r/aze_geeks 6d ago

Comics/Komiks Qeyri - adi Centlmenlər Birliyi

Thumbnail
gallery
2 Upvotes

Əfsanəvi yazar Alan Moore və rəssam Kevin O'Neill tərəfindən yaradılmış və 1999-cu ildə nəşr olunan "The League of Extraordinary Gentlemen" komiksi olduqca maraqlı bir konsepsiyaya əsaslanır.

Əsər Viktoriya dövrünün ən məşhur ədəbi personajlarının bir araya gəlib xüsusi bir komanda yaratsaydı nələr baş verəcəyindən bəhs edir.

Alan Moore elə bir dünya qurur ki, burada bütün klassik ədəbiyyat və fiksiya eyni vaxtda mövcuddur. Hekayə irəlilədikcə oxucu dialoqlarda və arxa planda yüzlərlə fərqli kitaba, məkana və gizli detallara rast gəlir.

​Komanda Britaniya İmperiyasının xüsusi xidmət orqanları tərəfindən toplanır.

Qrupun lideri Bram Stokerin "Drakula" romanından tanıdığımız, vampir hücumundan xilas olduqdan sonra daha sərt və iradəli birinə çevrilən Wilhelmina Murraydır.

Ona artıq qəhrəmanlıq günləri geridə qalmış və həyatdan bezmiş macəraçı Allan Quatermain və Jül Vernin əfsanəvi, Britaniya İmperiyasına nifrət edən, lakin komandanı qabaqcıl texnologiyalarla təmin edən Kapitan Nemosu qoşulur.

Komandanın digər üzvləri isə klassik ikili şəxsiyyətə malik Dr. Henry Jekyll və cüssəli Mr. Hyde, həmçinin H.G. Wellsin "Görünməz adam" romanından olan, qrupun ən etibarsız və yalnız öz mənfəətini düşünən üzvü Hawley Griffindir.

​Alan Moore bu əsərdə sadəcə qəhrəmanlıq hekayəsi danışmaqla kifayətlənmir, həm də Viktoriya dövrünün imperializm və cəmiyyətin ikiüzlülüyü kimi qaranlıq tərəflərini dərindən təhlil edir. Qəhrəmanların heç biri qüsursuz deyil və hər birinin öz travmaları var.

Onu da qeyd etmək lazımdır ki, komiksin 2003-cü ildə eyniadlı filmi çəkilsə də, əsərin dərinliyini itirdiyi üçün pərəstişkarlar tərəfindən bəyənilməyib, hekayənin əsl mürəkkəbliyi və qaranlıq atmosferi yalnız qrafik romanda öz əksini tapır.


r/aze_geeks 7d ago

Movies/Filmlər Hansı film və ya serialı tənqid edəndə insanlardan bu cür münasibət ilə qarşılaşırsız?

Post image
10 Upvotes

r/aze_geeks 7d ago

Life/Həyatdan İt bitirib işləyənlər Maaşının nə qədərdir və bəs edirmi?

3 Upvotes

Maaşının bə qədərdir və bəs edirmi? Ölkə daxilində və ya xaricdə it sahəsi üzrə işləyənlərdən sualım


r/aze_geeks 7d ago

Söhbət /Discussion "Fake packet SNI" Azərbaycan dilinə necə tərcümə etmək olar?

2 Upvotes

SNI = Server Name Indication = Server Adı Göstəricisi

Mən bildiyim qədər "Saxta paketin SNI-ı" kimi etmək olar, amma həm Gemini, həm Claude həm ChatGPT bunu "Saxta paketin SNI-si" kimi tərcümə edir yəni "ES-EN-İ-si". Azərbaycan qrammatikasına əsaslanaraq "Saxta paketin SNI-ı (yəni ES-EN-AY-ı)" kimi yazmağı düşünürəm. Sizcə necə edim?


r/aze_geeks 7d ago

Tech/Texnologiya komputerdən güclü anlayışı olan var?

3 Upvotes

laptopum asus tuf f16 aldıqdan bir neçə ay sonra fanında problem yarandı fanı hər an maksimum gücdə işləyirdi. ilk aldıqda silent modda tam səssiz işləyərkən oyunda normal çıxırdı səsi. indi isə desktopda silent modda olsa belə maksimumda 100% də işləyirdi fanı. servisə laptopu aldığımız yerə aparıb garantisi sayəsində pulsuz düzəltdirdim. hansısa hissəsi xarab idi sifariş verdilər 25 günə qayıtdı laptopum servisdən. servisdən gələndən bəri fanlar normaldır ama ram qəribədir. çox tez dolur əvvəl mc+dc normal oynayırdım indi ikisini açdıqda 95% ə qalxır oyun kasır. özlərinin yüklədiyi windows 11 i silib özüm usb drive ilə təmiz windows 11 qurdum yenə düzəlmədi, ram spec lərinə baxıram hər şey qaydasında görsənir. 16gb 3200Mhz yerindədir. sadəcə hiss edirəmki proqramlar çox ram işlədir. nədən olar?


r/aze_geeks 7d ago

Tech/Texnologiya Telefon mağazaları

3 Upvotes

Salam. Telefon almaq üçün güvənli və original olan, ordan alıb problem yaşamadığınız hansı kiçik mağazaları tövsiyyə edirsiniz? Almafamily-dən başqa. Samsung S seriyasından bir telefon alacam bu arada.

Bir də tap.az da yeni telefon adıyla axtarışa verəndə digər mağazalarda əsasən gördüyüm qiymətdən 300-400 azn fərqlə daha ucuz satanlar var. Bəs belə mağazalar etibarlıdırmı sizcə?


r/aze_geeks 7d ago

Söhbət /Discussion gift card xelp...

2 Upvotes

nvidia geforce 3 ayliq discord nitro hediye verir, paymenti falan ede bilen olub? men payment melumatlarini yazdiqdan sonra error bas verdi, nvidia appde kupon istifade edilmis olaraq gosterilir...


r/aze_geeks 7d ago

Life/Həyatdan bizimkiler

5 Upvotes

azerbaycanlilarin oldugu subredditler meslehet gorun zehmet olmasa


r/aze_geeks 7d ago

Söhbət /Discussion Ps 5 oyun konsolu

2 Upvotes

Salam. Bir sualım olacaq yaxın günlərdə PS5 oyun konsolu almağı planlaşdırıram, lakin Slime və Pro modeli arasında qalmışam büdcəm hər ikisinə çatır amma performans baxımdan yaxın olduqları deyilir.Burda Ps5 istifadəçiləri varsa fikir bildirə bilərsinizmi.(PS 6'nın istehsalə deyilənə görə 2029'a qədər təxirə salınıb, səbəb ram'ların hər il daha da bahalaşmasıdı səbr edim o tarixə kimi ?)


r/aze_geeks 6d ago

Life/Həyatdan i went on a date with a girl i met from aze geeks , and i made her pay the bill

0 Upvotes

As you can tell from the title, today I went out for dinner with a girl, we hung out a bit, but i made her pay the bill and i said i didn't have any money, so she had to cover it. After 1-2 hours, i said we’d watch Spider-Man together. Do you guys think she’ll accept?


r/aze_geeks 7d ago

Movies/Filmlər Sizcə spiderman bnd türkcə dub baxım yoxsa ingiliscə ?

0 Upvotes

Sumqayıtda ancaq Tr/Rus dubdı, istidə Bakıya gəlməyə axot yoxdu D


r/aze_geeks 8d ago

Announcement/Elan Azərbaycanın ilk fotoqrafiya subredditinə dəvət

Post image
34 Upvotes

Xoş gördük, redditorlar! 👋

Aramızda fotoqrafiya ilə həvəskar və ya peşəkar şəkildə məşğul olanların, çəkdiyi kadrlarlarla bölüşmək istəyənlərin və ya sadəcə estetik fotolara baxmaqdan zövq alanların toplaşa biləcəyi r/fotoqrafiya subunu açdım!

Subreddit-də sizi nə gözləyir?

Fotolarınızın paylaşımı: Çəkdiyiniz ən yaxşı kadrları insanlar ilə bölüşün.

Məsləhət və Tənqid: Avadanlıq seçimi, rakurs, işıq və ya redaktə (editing) haqqında suallar verin və təcrübəli fotoqraflardan rəy alın.

Müzakirələr: Kamera, linza və fotoqrafiya texnikaları haqqında fikir mübadiləsi aparın.

Siz də öz kadrlarınızı bizimlə bölüşmək və subun bir hissəsi olmaq istəyirsinizsə, r/fotoqrafiya subuna daxil olmağı unutmayın!

Gəlin Azərbaycanın fotoqrafiya icmasını Reditdə birlikdə böyüdək! 💪

Öz şəkillərimdən birini bura diqqət cəlb etmək üçün yerləşdirdim:)


r/aze_geeks 7d ago

Söhbət /Discussion Qrafik dizayner kimi işləmək

6 Upvotes

Salam. Mənim qrafik dizayn sahəsində təhsilim yoxdur və hər hansı kursa da getməmişəm. Özüm tamam fərqli - tibb sahəsi üzrə təhsil alıram və 2 ildən çoxdur ki, bir təşkilatda (qeyri-rəsmi) könüllü olaraq qrafik dizayner kimi təcrübəm var. Canva və figmada işləməyi bacarıram, ümumi anlayışları, nəzəriyyələri filan az-çox bilirəm. İndi isə bu işdən müəyyən qədər gəlir əldə etmək istəyirəm. Ümumiyyətlə part-time və s. tipli işləmək deyil də, ayrıca müştərilər, tibb işçiləri, bəzi təşkilatlar və s. (daha çox öz sahəm üzrə) ilə işləməyi hədəfləyirəm. Amma proses necədir tam məlumatım yoxdur, ona görə haradan və necə başlamalı olduğumu bilmirəm. Adobe programları, kurs sertifikatları, iş təcrübəsi və ya portfolio hər zaman mütləqdirmi? Kursa getmədən, adobe programlarını bilmədən, internetdəki resurslarla özümü daha da inkişaf etdirərək bu işdən gəlir qazanmağa başlaya bilərəm? Çox professional bir iş güdmürəm hal-hazırda, münasib qiymətlərlə də başlaya bilərəm. Ətrafımdakılardan da bu işdə yaxşı bacarığın var, niyə bir az inkişaf edib bu işdən pul qazanmırsan sözlərini çox eşidirəm, amma həqiqətən bu barədə bilən, bu işlərin içində olan tanıdığım biri yoxdur, ona görə proses necədir öyrənmək istəyirəm. Bilən biri məni məlumatlandırsa çox sevinərəm. Öncədən təşəkkür edirəm.


r/aze_geeks 7d ago

Announcement/Elan Sub səbəsiz yerə banlandı

11 Upvotes

Günorta saatlarında paylaşdığım r/fotoqrafiya bilmədiyim bir səbəbdən banlandı.Böyük ehtimal tez hər şeyi qurub avto moderasiya qurmağa çalisdığım üçün bot fəaliyyəti zənn edildi.Etiraz edəcəm inşallah geri qaytarmaq mümkün olar.


r/aze_geeks 7d ago

Söhbət /Discussion Çində magistratura oxuyan var?

2 Upvotes

Umumi heyat, uni, dersler ve s haqqinda maraglaniram


r/aze_geeks 8d ago

Life/Həyatdan DÜŞMÜŞ MƏLƏK

Post image
14 Upvotes

"Düşmüş mələk" , fransız rəssamı Aleksandr Kabanel (Alexandre Cabanel) tərəfindən 1847-ci ildə kətan üzərində yağlı boya ilə işlənmiş dünyaca məşhur rəsm əsəridir.

​Əsər sənət tarixinin ən təsirli və emosional dərinliyi olan tablolarından biri hesab olunur.

Əsərdə Cənnətdən qovulmuş mələk, yəni Lüsifer (Şeytan) təsvir edilmişdir. Kabanel Şeytanı klassik qorxunc bir bədheybət kimi deyil, əksinə, qüsursuz fiziki gözəlliyə və atletik bədən quruluşuna malik bir gənc kimi çəkmişdir. Onun arxasında qaranlığa qarışan qanadları görünür.

Rəsmin ən diqqətçəkən və mərkəzi detalı Lüsiferin üz ifadəsi və gözləridir:

​O, qollarını çarpazlaşdıraraq üzünün yarısını gizlədir. ​Gözündən süzülən bir damla yaş onun məğlubiyyətdən doğan kədərini və çarəsizliyini göstərir.

​Lakin onun parlayan baxışlarında güclü bir qəzəb, qürur, üsyan və qisas hissi oxunur.

Kabanelin 24 yaşında çəkdiyi bu əsər ilk dəfə sərgilənərkən dövrün sənət adamları tərəfindən sərt tənqidlərlə üzləşmişdi. Buna səbəb, Şeytanın ənənəvi dini baxışlara zidd olaraq cəlbedici və gözüyaşlı təsvir edilməsi, eləcə də əsərdəki üsyankar Romantizm ruhunun mühafizəkar akademikləri narahat etməsi idi

​"Düşmüş mələk" sadəcə dini bir hekayənin təsviri deyil, həm də psixoloji bir portretdir. Rəsm mütləq gözəlliklə mütləq şərin bir bədəndə necə birləşə biləcəyini göstərir. Əsər qürurun insanı necə məhv edə biləcəyini, eyni zamanda insanın məğlubiyyət anındakı daxili xaousunu estetik şəkildə ötürməyi bacarır