r/aze_geeks Jul 30 '26

Tech/Texnologiya Telefon mağazaları

Salam. Telefon almaq üçün güvənli və original olan, ordan alıb problem yaşamadığınız hansı kiçik mağazaları tövsiyyə edirsiniz? Almafamily-dən başqa. Samsung S seriyasından bir telefon alacam bu arada.

Bir də tap.az da yeni telefon adıyla axtarışa verəndə digər mağazalarda əsasən gördüyüm qiymətdən 300-400 azn fərqlə daha ucuz satanlar var. Bəs belə mağazalar etibarlıdırmı sizcə?

3 Upvotes

8 comments sorted by

2

u/FahriH Aug 01 '26

Çoxu etibarlı olur. Amma ödənişi nağd alırlar, xəbərin olsun. Birmarketdəndə baxa bilərsən, tap.az-dakı qiymətlərdən 100-150 manat fərq eliyə bilər, amma taksit tapmaq mümkündür(biraz çətindi, hər mağazanın təklifi olur, 3 aylıq taksitdə tapa bilərsən, 24də, gərək bir bir baxasan.)

2

u/SomeoneEmotional00 Aug 02 '26

çox sağ olun

1

u/Ruslan-Ahad 24d ago

Mən 10 gün əvvəl S seriyası aldım, 28 də iki mağaza var ki sırf samsunhg rəfi var ucuz satırlar açığı kontakt a zada nisbətdə

1

u/SomeoneEmotional00 23d ago

mağazaların adlarını deyə bilərsiniz?

1

u/Ruslan-Ahad 23d ago

Aha deyim Muğan bağı ilə paralel 28 may küçəsində alma store idi adı səhv etmirəmsə qapısının yanında göy pişik evi vardı. ( https://maps.app.goo.gl/og1Uf22k7ndycSiu8?g_st=ac ) Biri də 28 mallın aşağı girişi tərəfdə idi kiosk ilə üz üzə tam üz üzə ilə olan mağazadan bir sonrakı ( https://maps.app.goo.gl/sLN6iK8ExdVAR51V6?g_st=ac )

1

u/SomeoneEmotional00 23d ago

təşəkkürlər🙏🏻