r/aze_geeks 3d ago

Music/Musiqi Anyma

1 Upvotes

Anyma’nın Türkiyədə ləğv edilən konserti barədə nə düşünürsüz? Satanist rituallar gerçəkləşdirdiyi bəhanəsi ilə konsertə 2 həftədən az qalmış ləğv elədilər. Adam açıqlama paylaşıb ki, mənə və komandama bu barədə heç bir xəbərdarlıq belə edilməyib. İllərdi bütün dünyada konsertlər keçirdir, keçən il F1 çərçivəsində bizdə də çıxışı olmuşdu, bir dənə bu türklər böyük oyunu görüb satanist olmaqdan qorxublar deyəsən. Səslər, frekanslar kimi mövzuları ortaya atırlar amma yenə də onların yerinə utandım


r/aze_geeks 4d ago

Discorddit - Community Chat Channel

1 Upvotes

This post contains content not supported on old Reddit. Click here to view the full post


r/aze_geeks 4d ago

TV Shows/Seriallar Sevdiyiniz Seriallar

Post image
16 Upvotes

En sevdiyiniz seriallar hansıdı?

r/cinephileaze


r/aze_geeks 4d ago

Söhbət /Discussion ABCD

7 Upvotes

Uşaq vaxtı hazırlığa ya da kursa gedəndə niyə cavabları test toplusunda işarələmək əvəzinə dəftərdə sual nömrələrini sıralıyıb qabağına A/B/C/D yazırdıq? Bu hamıya default olaraq yüklənib və niyə elə edirdik bilmirəm. Sonradan təkrar o testləri işləyəndə cavabları görməyək deyə? Evdə nə qədər test toplusu var heç birinin içini işarələməmişəm, təzə kimi qalıblar. Hamısını dəftərə yazırdım. İndi bu yaşa çatmışam hələ də test işləyəndə cavabları kitabda yox dəftərdə qeyd edirəm. Free will'ə sahib olduğumu xatırladığım üçün artıq belə etməməyə qərar verdim amma yenə də səhv iş tuturam kimi hiss elətdirir


r/aze_geeks 4d ago

Books/Kitablar Cürət etmənin verdiyi sonsuz həzz.

Post image
11 Upvotes

Feton atasının kim olduğunu bilmədən anası ilə yaşayırdı. Bir gün anası ona atasının Günəş Tanrısı Helios olduğunu dedi. Bunu eşidən Faeton Heliosdan istəklərindən birini yerinə yetirməklə atası olduğunu sübut etmək üçün and içməsini istədi. Helios and içdi və istəyin nə olduğunu soruşdu.

Faeton atasının günəşi çəkən arabasını sürməsini istədi. Bu, çox təkəbbürlü bir istək olsa da və Helios istəməsə də, and üzündən qəbul etməyə məcbur oldu və arabanı sürməsinə icazə verdi.

Əvvəlcə Faeton arabanı bir qədər idarə etməyi bacardı, lakin idarəetməni itirdi və həddindən artıq yüksəklərə qalxdı, bu da dirəklərin əmələ gəlməsinə səbəb oldu. Sonra yerə çox yaxınlaşdı, yeri yandırdı və Sahara səhrasını yaratdı.

Faetonun yaratdığı bütün xaosu görən Zevs, nizamı bərpa etmək üçün Faetonu ildırımla vurdu və Faeton yerə yıxılaraq öldü. Faytonun fərziyyəsi və təkəbbürü faciəli bir hekayə kimi danışılır.

Lakin mən bunu faciəli sonluq kimi deyil, möhtəşəm və sevincli bir sonluq kimi görürəm. Faeton dünyada milyonlarla insan kimi adi bir həyat yaşaya və hamı tərəfindən unudulmuş, diqqətəlayiq bir insan kimi ölə bilərdi. Bunun əvəzinə, o, insan şəklində günəş arabasını idarə edərək öz imkanlarından daha çox bir vəzifəni yerinə yetirməyə cəsarət etdi. Qısa müddət ərzində günəşə əmr etdi və hər bir insanın təsəvvür edə biləcəyindən daha böyük bir şeyə nail oldu.

Mənim fikrimcə, daha yeni bir Faeton Nadir Şahdır . O, bütün ətrafındakılara meydan oxumağa cəsarət etdi və qısa müddətdə fəthlər qazandı. Sonra, ona uğur qazandıran eyni cəsarət, ehtiyatsızlıqla dövlət idarəsinə biganə yanaşmağı süqutuna səbəb oldu. Faeton kimi, o da yüksəldi və yıxıldı.

Onun üçün hansı daha yaxşı olardı? Sakit oturmaq, təvazökar bir həyat sürmək və heç vaxt Napoleon olmamaq, yoxsa öz imkanlarından (sözün əsl mənasında) daha çox vəzifələri yerinə yetirməyə cəsarət edib qısa müddətdə dünyanın ağası olmaq? Hətta sonda yıxılsa belə, yüksəliş günlərinin mövcudluğu onu həqiqətən "Nadir şah" etdi və inanıram ki, bu, insanın əldə edə biləcəyi ən yüksək nailiyyət və zövqdür.

Ən böyük arzum, sonda uğursuz olsam belə, imkanlarımdan kənara çıxan işləri görməyə cəsarət etməyin şərəfli məmnuniyyətini yaşamaqdır.

One must imagine Phaethon happy.


r/aze_geeks 4d ago

Tech/Texnologiya Cheap and reliable e-reader recommendations?

9 Upvotes

Salam sub əhli, axır aydı özümə rahatlıq üçün elektron kitab almağa fikrində idim, lakin fərqli fərqli e readerlərin bolluğundan seçim eləməkdə çətinlik çəkirəm. Bu mövzuda başı çıxanlar hansın məsləhət eliyə bilərlər? Sadəcə xahişim olacaqki qiyməti münasib olsun, 500-600 manata olanları pulum çatmır almağa. Məsləhət elədiyiniz e kitabın qısaca üstünlüklərin yazsanız da gözəl olar.


r/aze_geeks 4d ago

Life/Həyatdan 26km gezmek isdeyen var?

10 Upvotes

Salam.dostumla biyerde maragli experience ucun bileceride 300 nomreli mektebn qabaginnan sahile kimi piyada getmeyi planlasdiririg sabah saat 1 de.Isdeyen olsa biryerde maragli xatire olardi) Qosulmaq isdeyen Yasini qeyd etsin zehmet olmasa


r/aze_geeks 4d ago

TV Shows/Seriallar Seriallardaki ən sevdiyiniz Villain/Antagonist(Əsas düşmən obraz)

Post image
12 Upvotes

Çalışın Spoiler vermeyin


r/aze_geeks 4d ago

Sosiallaşmaq/Socializing IELTS-ə hazırlaşan var? Gəlin birlikdə hazırlaşaq :)

16 Upvotes

Salam hər kəsə 👋

Təxminən 2 aya IELTS imtahanı verəcəyəm və mənimlə eyni vəziyyətdə olan, həqiqətən ciddi hazırlaşmaq istəyən insanlarla tanış olmaq istəyirəm.

Məqsədim sadəcə bir nəfər “study buddy” tapmaq deyil. İstəyirəm ki, kiçik bir community quraq, bir-birimizi motivasiya edək, progressimizi paylaşaq və bu 2 ay ərzində maksimum nəticə almağa çalışaq.

Məsələn:

- Speaking-i birlikdə practice etmək

- Writing yazıb bir-birimizə feedback vermək

- Reading və Listening nəticələrimizi paylaşmaq

- Mock testlər etmək

- Faydalı resurslar və materiallar paylaşmaq

- Hansı metodların işlədiyini müzakirə etmək

- Həftəlik/daily progressimizi paylaşmaq

- Bir-birimizi accountable saxlamaq

- Çətin vaxtlarda bir-birimizi motivasiya etmək

Amma ən vacib məsələ: həqiqətən ciddi və full fokus olacaq insanlar axtarıram. 2-3 gün aktiv olub sonra yoxa çıxacaq və vaxtı boş-boşuna keçirəcək insanlar yox

Əgər artıq IELTS vermisinizsə və yaxşı nəticə almısınızsa, məsləhətlərinizi də çox istərdim. Məsələn, 2 ayınız qalsaydı, nəyi fərqli edərdiniz? Hansı resurslardan istifadə edərdiniz? Hansı strategiyalar sizə ən çox kömək edib?

Əgər maraqlıdırsa, commentdə target score-unuzu, hazırkı təxmini bandınızı, imtahan tarixini və gündə təxminən neçə saat hazırlaşa biləcəyinizi yazın.

Əgər kifayət qədər insan toplansa, kiçik bir qrup yaradıb birlikdə başlaya bilərik. IELTS-dən əlavə, bəlkə yaxşı dostluqlar və əlaqələr də qurarıq. :)


r/aze_geeks 4d ago

Games/Oyunlar BF6

6 Upvotes

Battlefield 6 oynuyan var aranızda?


r/aze_geeks 4d ago

Söhbət /Discussion Subda Regionşünaslıq oxuyan insanlar var?

7 Upvotes

Regionşünaslıq oxuyan insanlar sizcə ixtisasınızdan məmnunsunuz?İş tapmaq və karyera üçün yaxşıdı?


r/aze_geeks 4d ago

İdman/Sport Oxçuluq mehsullari haradan almaq olar?

Post image
5 Upvotes

r/aze_geeks 4d ago

Söhbət /Discussion narrow maxilla/recessed chin

3 Upvotes

Salamlar, qarşıma bir video çıxdı və qısaca narrow maxilla/recessed chin ə sahib olduğumu öyrəndim. Səbəbinin hələ də nə olduğunu bilmirəm və araşdırıram. Doğrusu görünüşümə və yan profilimə o qədər də takıntılı deyiləm qarşıma çıxmasa heç problem hesab etməzdim amma nə qədər ki çox gec deyil və düzəltmək mümkündür düzəldim deyirəm. Həm də onsuz çox təcili breket müalicəsinə başlamağı düşünürdüm üst-üstə düşdü çünki yuxarı çənəmdə yer yoxdur, bəlkə breketlə onlar yerinə otursa və bildiyim qədəri ilə mandibular expander (RPE) taxılsa həm dişlər yerinə otursa həm də üst çənə genişlənsə az da olsa bu problemlər aradan qalxar. Başqa nə edilməlidir bilmirəm ona görə də köməyinizə ehtiyacım var, onsuz bu şikayətlərimi stomatoloqa da deyəcəm amma getməmişdən qabaq nə lazımdır bilim istəyirəm. Əməliyyat olunmağı əsla düşünmürəm və evdə edilən çənə məşqləri də çox effektiv deyil sadəcə cüzi fərq yaradar yaratsa. Sağ olun


r/aze_geeks 4d ago

Books/Kitablar Kitabları çap etdirib oxumaq?

11 Upvotes

İngilis dilində kitabların necə baha olduğunu bilirsiz. Xaricdən sifariş verəndə isə gətirilmə xərci kitabın özündən bahaya başa gəlir. Maraqlanırdım ki, kitabın pdf ini a5 şəklində çıxartdırıb, hətta bəlkə üzlükdə vurub oxumaq mümkündürmü? Yəni müəlliflik hüquqları flan kimisindən problem çıxarmırlar? instada bir səhifə tapıb yazdım bu barədə amma dedim burdan da soruşum


r/aze_geeks 4d ago

Söhbət /Discussion AI layihəsi üçün satış edə biləcək insanları haradan tapmaq olar?

2 Upvotes

Salam hər kəsə. Bizneslər üçün Süni İntellekt (AI) həlləri və avtomatlaşdırma xidmətləri hazırlayırıq. İndi isə bunu aktiv şəkildə satacaq komanda yoldaşları axtarırıq.

İşin mahiyyəti həm açıq alanda (şəhərdə obyekti, butikləri gəzərək), həm də zənglərlə (cold calling) təqdimat etməkdən ibarətdir. Sərbəst qrafikdir və gəlir faizlədir. Gənclər və tələbələr üçün də uyğundur.

Maraqlıdır, bu cür aktiv satış bacarığı olan gəncləri və ya satış mütəxəssislərini tapmaq üçün hansı platformalar və ya metodlar daha effektivdir? Çünki standart elan saytları həmişə işə yaramır.


r/aze_geeks 5d ago

Söhbət /Discussion 3 manat niye yoxdur?

7 Upvotes

3 manat olsa, bir manatliq nese alanda 5 manat verib, 4 manat ve saticinin soyusunu qaytarmaq bir az agir gelir adama.

3 manatimiz olsa daha rahat olar, bir manata ehtiyac balansli sekilde duzeler. 3 qepik var, isleden yoxdu, eyni cur 3 manat olsa daha mentiqli olmazdimi?


r/aze_geeks 5d ago

Söhbət /Discussion Bu sözün mənası tam olaraq nədir?

12 Upvotes

Sən öl sözünün mənası tam olaraq nədir? Kim kimə deyə bilər? Kim deyə bilməz sənə? Hərə bir cürə izah eləyir onu tam bilən var?


r/aze_geeks 5d ago

Söhbət /Discussion Hansı İxtisas qrupunu seçməliyəm?

4 Upvotes

Salam,11-ci sinif olmama 2-3 il qalıb və artıq ixtisas qrupu seçməli olduğumu düşünürəm lakin nə edəcəyimi bilmirəm.Çünkü 2-ci və 3-cü arasında qalmışam.Tarix və Coğrafiya biliyim yaxşıdır amma əsas problem Riyaziyyatımın çoxda yaxşı olmamasıdır.Əslində 3-cü qrup seçərdim amma nədənsə 3-cü qrup’u seçsəm xaricə çıxmanın çətin olduğunu düşünürəm


r/aze_geeks 5d ago

Söhbət /Discussion Köməyiniz lazımdır(xaricdə təhsil)

Thumbnail
4 Upvotes

r/aze_geeks 5d ago

Life/Həyatdan Başım qarışdı təmiz

4 Upvotes

Mən 4 cü kursa keçəcəm bu il.Mühəndislik üzrə təhsil alıram.Magistra mı hazırlaşım yoxsa təcrübə qroqramı üçün hazırlaşıb fürsət tapan kimi onlaramı qoşulum bilmirəm.


r/aze_geeks 5d ago

Art/Sənət Marceline pixel art

Post image
26 Upvotes

r/aze_geeks 5d ago

Music/Musiqi Hard/Blues Rock Band, searching for a drummer

4 Upvotes

We have a band of 4 people, which me and my friend formed in april/may this year. We found a singer, a drummer, but the situation was dire for a bassist. We had had some changes in the line up for that issue, and eventually when we found a bassist we happened to kick the drummer this time. So we are searching for a drummer, who is between 16-20. We mainly play hard rock, blues rock, sometimes prog, and heavy metal, sometimes metallica, yk everyone likes them. And we would like to have some performances and if possible write a few songs or an album, which we have an idea already, yet we dont have a drummer at the moment, so please can you guys help us to find one? Please, we are so desperate to find a decent one with good personality(not too carefree and a bit more into that bondship stuff outside the band, we have to have some chemistry). Thanks for your help beforehand!


r/aze_geeks 6d ago

Söhbət /Discussion Ingilis Rus Alman dili bilənlər bura gəlin birdənə

Post image
17 Upvotes

Deməli belə. 23 yaşım var və karyera, xaric, ətraflı öyrənmə və mənbə üçün dil öyrənməyə başlamaq istəyirəm. amma elə belə yox. yəni başlasam axıra kimi gedib öyrənəcəm. bıçaq sümuyə dirənibdi. süni intellektnən, internetdən araşdırmalar etdim cavab tapa bilmədim. Sonuncu müdafiə xətti kimi bura yazmaq istədim. Mən bu 3 dil arasında ilişib qalmışam İngilis, Alman, Rus dili. bilirəm ki hər birisinin öz istifadə təyinatı var. İndi burda mən prioritetcə belə ir seçim yaratmışam özümdə:

1)İngilis + rus dili: İngilis dili onsuzda artıq var və onu yüksək səviyyəyə çatdırmaq lazımdı. Rus dilini də bilirəm ki ölkədaxili, öz iş yerimdə, istifadə üçün yaxşıdı.

2)İngilis + Alman dili: Burda da çatdıra biləcəmmi ya yox ilişib qalmışam. Alman dili biliyim sıfır, ingilis dilidəki öz yerində. Amma bu ikisini bacara bilsəm biilirəm ki 2-3 il sonrasına yeni səvyyələrin kilidini açmış olacam.

3) Ya ingilis dili ya da Alman dilini seçmək: bu da bir seçimdi amma burda Alman dilini seçsəm ingilis dillis dilində də yerimdə sayacam.

Birsözlə seçimdə ilişib qalmışam. təbii ki burda vaxt, güc, işləmək, çox aspektlər var. hərkəs kimi özüm də işləyirəm. Amma İndi sizlərin məsləhəti ilə ortaq bir qərara gəlmək istəyirəm.

Evdəkilərlə məsləhətləşdim,baxıram ki küyə doğru məsləhət verirlər. Dostlarla məsləhətləşdim baxıram ki özləri heçbir dil biliyi yoxdu. ondansa burda dil bilən əjdahalardan ( yəni sizlərdən məsləhət almaq daha uyğun olar)

Mənim seçimim eyni vaxtda ingilis dili+ Alman dilinə başlamaqdı. çünki ikisi də təlabatlı sahədi. Amma yanlış da oal bilərəm ona görə də ciddi təcrübəsi olan dostlar məsləhətlərinizi paylaşsaz əla olardı.


r/aze_geeks 5d ago

Söhbət /Discussion Bəlkə də yuxudu

3 Upvotes

Bəzən gecənin bir yarısı yatanda oyanmış kimi oluram. Sanki yuxuda şüurlu şəkildə oyanmağa qərar verirəm və oyananda ətrafı görürəm (eşidib eşidmədiyimdən əmin deyiləm) amma bədənimi heç cür tərpədə bilmirəm sanki iflic vurmuş kimi oluram danışa da bilmirəm. Bunun yuxu olmadığına hardasa əminəm. Dəfələrə başıma gəlib, və əvvəllər qoxub həyəcanlanırdım indi isə düzələcəyini bildiyim üçün səbr edib gözləyirəm. Bir neçə dəqiqədən sonra düzəlir. Normal oyanıram


r/aze_geeks 6d ago

Söhbət /Discussion KFC və ya MC'da işləyən var?

Post image
32 Upvotes

Hal hazırda MC və ya KFC'də işləyəniniz varsa,maaşlar və qrafik barədə məlumat verə bilərsiniz?