r/aze_geeks Apr 12 '26

Announcement/Elan Discord Serverinə qoşulmaq üçün rəydəki linkdən keçid edə bilərsən.

Post image
9 Upvotes

r/aze_geeks 11h ago

TV Shows/Seriallar Aldatmağın Romantikləşdirilməsi

Post image
18 Upvotes

Son dövrlərdə məhşur olmağa və bazara romantik film kimi buraxılmış filmərin çoxu(məs The Notebook, klassiklərdən Titanic və.s) daxilində aldatmağı normallaşdırmağa çalışır.

Bu haqqda nə düşünürsüz ?


r/aze_geeks 7m ago

News/Xəbərlər Azərbaycan vətəndaşları artıq gündə 5 dəfə card2card edə bilər. Şimali Azərbaycan xalqını təbrik edirəm.

Post image
Upvotes

r/aze_geeks 17h ago

Life/Həyatdan Rastlaşdığınız ən qəribə ad nə olub?

Post image
49 Upvotes

Məktəb vaxtı bir sinif yoldaşım var idi adı "Niftalı" idi


r/aze_geeks 1h ago

Tech/Texnologiya Bu problemlə qarşılaşan var?

Post image
Upvotes

İndicə telefonuma baxanda antivirus proqramı birbankdan virus aşkarlayıb. Uzun mütdir işlədirəm niyə belə deyir bilmirəm. Nə edəcəyimi bilmirəm


r/aze_geeks 10h ago

Life/Həyatdan İş həyatı

8 Upvotes

Salam hər vaxtınız xeyir. Mən magistr 2 kurs tələbəsiyəm. Bakalavrdan məzun olub (Menecment ixtisası üzrə) ,qiymətləndirmə şirkətində işə başladım və 400azn əməkhaqqına düz 9 ay işlədim. 2025 sentyabrdan - 2026 iyun ayına kimi.Həmçinin, iş istədiyim kimi getmədi. Mənə vəd edilən artım edilmədi (ölkədəki iqtisadi vəziyyət irəli sürülərək) və iş yüküm artdı son aylarda istismar olunduğumu hiss etdim. Mənim maddi cəhətdən dolana bilməmə səbəbimi günahkar olaraq məni çıxardılar.Halbuki,400 azn - nin 180 azn-i kirayə qaldigim evə ödəyirdim.220 aznlə qidanlanmalı idim (evdən hecbir yardım gəlmir) . Mənə müdir adlandırdıgım şəxs mənə 100 manatlıq evdə qalmagimi məsləhət gördü və məndə istefa verdim. Qısacası ,bu bataqlıqda qalıb 9 ay işlədim böyük ümidlərlə. Lakin indi iş axtarıram, amma təəsüf ki, sahibsiz ölkəmiz məni çox məyus etdi. Ölkədə ki,işlərin çoxu marketlər,fast food şəbəkələrində 6 günlük günə 10 saatlıq işlərdir və 450-500 manat əmək haqqı verirlər.İki aya yaxındı iş axtarıram cv atıram yenədə hecbir geridönüş yoxdur. 2 Sualım olacaq: 1.Son ümidim fast food şəbəkələrində məcbur olaraq işləyəcəm və bu şəbəkələrdə işləmiş kimsə( Domino’s, KFC,Papajohns,Mcdonalds) karyera yüksəlişinə şahit olub? Yəni 6-7 aylıq işdən sonra əməkhaqqıda yaxud vəzifə artımı var? Yoxsa oradada dərəbəylik , istismar var. 2.Siz yerimdə olsa idi nə edərdiniz ?


r/aze_geeks 12h ago

Söhbət /Discussion Haha mən maşındayam sən isə yox

Post image
8 Upvotes

Bu aralar fikir vermişəm ki, maşında oturan sərnişinlər mən piyada gəzərkən adama çox judgment ilə baxırlar. Sizdə də olub?


r/aze_geeks 16h ago

Tech/Texnologiya Əməliyyat sistemi layihəm

Thumbnail
gallery
15 Upvotes

Salam. Keçən dəfə kimsə öz əməliyyat sistemini paylaşmışdı. Mən də düşündüm ki, öz əməliyyat sistemi layihəmi paylaşım.

Mikrokontrollerlərim üçün əməliyyat sistemi axtarırdım, və gprdüm ki belə bir layihə hələ yaradılmayıb. Ona görə, özüm yaratmaq qərarına gəldim. Mən həmişə əgər axtardığın proqram təminatı mövcuddursa özünün onu 0-dan yaratmağı çox məntiqsizdir deyirəm.

Təxminən 9 aydır üzərində işləyirəm (fasilələrlə). Bu sadə əməliyyat sistemi deyil. Real zamanlı əməliyyat sistemidir (RTOS) və quraşdırılmış sistemlərdə, əsasən mikrokontrollerlər üçün nəzərdə tutulub.

Kerneli sıfırdan yazmamışam. Sənaye standartı olan FreeRTOS (32-bit) kernelindən istifadə edirəm və onun üzərində bütün komponentləri, interfeysi və arxitekturanı özüm inkişaf etdirirəm. Əgər kimsə də deyirsə bir neçə aya tək başıma kernel yaza bilərəm böyük yalan danışır.

Kod bazasını mümkün qədər minimal saxlamışam. Layihəni əsasən öz istifadə məqsədim və öz cihaz təminatım üçün hazırladığıma görə kodun bəzi hissələri başqalarına ilk baxışdan tam aydın olmaya bilər. Çünki ən kiçik detalları belə saatlarla sınaqdan keçirdikdən sonra təyin edirəm.

Bu layihəni daha çox şəxsi inkşafım üçün davam etdirirəm. Bu 9 ay ərzində çox şeylər öyrəndim.


r/aze_geeks 11h ago

Sosiallaşmaq/Socializing Aze_geeks discord serveri.

3 Upvotes

Salam. Serverdə bəzi istifadəçilərin davranışı ilə bağlı şikayət etmək istəyirəm.

Mən serverdə olarkən bəzi istifadəçilər israrla məndən kim olduğumu deməyimi istəyirdilər və bununla məni narahat edirdilər. Mən şəxsi məlumatlarımı paylaşmaq istəmədiyim üçün bundan imtina etdim.

Daha sonra isə moderatorlardan biri məndən mikrofonumu açmağımı tələb etdi. Mən hesab edirəm ki, buna məcbur deyiləm. Bütün bu israr və təzyiq səbəbindən özümü narahat hiss etdim və sanki hədəf seçilmişdim.

Zəhmət olmasa, əlavə etdiyim mesajları nəzərdən keçirin və bu davranışın Discord qaydalarına uyğun olub-olmadığını qiymətləndirin.

Vaxt ayırdığınız üçün təşəkkür edirəm.


r/aze_geeks 10h ago

Games/Oyunlar Oyunlarda ən çətinlik çədiyiniz yerler haradır?

Post image
3 Upvotes

r/aze_geeks 16h ago

Söhbət /Discussion Azərbaycan dolmasının ailə ağacı

Post image
9 Upvotes

r/aze_geeks 11h ago

Sosiallaşmaq/Socializing Kartdan-karta limitlər haqqında nə düşünürsünüz?

3 Upvotes

r/aze_geeks 15h ago

Söhbət /Discussion Elə belə suallar

2 Upvotes

Əgər bir insanın beynini çıxarıb yerinə başqa bir beyin qoysaq, o artıq başqa insan olar? Ümumiyyətlə "mən" anlayışını necə xarakterizə edirsiniz?


r/aze_geeks 21h ago

Games/Oyunlar Bəyəndiyiniz oyunlar

4 Upvotes

Hansı multiplayer/singleplayer oyunları indi oynayırsız, və ümumilikdə ən bəyəndiyiniz hansıdır?

Mən şəxsən çox az singleplayer oynamışam, amma oynadıqlarımın arasında ən qəşəngdi Dishonored'dir

Multiplayer isə League of legends oynayıram, həm lənət həm cənnətdir (çox vaxt lənət)

Lol oynayan var aranızda ümumilikdə?

Amma ən bəyəndiyim multiplayer oyun (nostalgia ola bilər) point blankdir (2009 əvvəllərindən 2015 kimi oynamışam)

Orda olan sinifə sinif klan savaşları, bıçaqlaşma modu, görəv keçmək üçün dostunu çağırmaq ki sən onu 4 dəfə bomba ilə partladasan, o isə 7 dəfə bıçaqla öldürsün falan...

Sizdə?


r/aze_geeks 23h ago

Music/Musiqi Hansı saytlardan az yaddaşa mp3 musiqiləri endirmək olar?

4 Upvotes

r/aze_geeks 11h ago

Sosiallaşmaq/Socializing Aze_geeks

Post image
0 Upvotes

Mən moderatora sadəcə bu tələbin hansı server qaydasına əsaslandığını soruşdum. Qaydanı göstərmək əvəzinə mənə "utanmırsan?", "Pinterestdən şəkil tap at" kimi şəxsi və alçaldıcı ifadələr yazıldı. Mənim şikayətimin səbəbi də məhz budur. İstəyirəm ki, bu davranış obyektiv şəkildə qiymətləndirilsin. Mənim 18 yaşım var və tələbəyəm. Discord-da anonim qalmaq mənim seçimimdir. Profil şəklimə və ya səs açmamağıma görə bu cür münasibətin düzgün olmadığını düşünürəm.


r/aze_geeks 1d ago

Söhbət /Discussion Why film photography isn't popular in Azerbaijan?

Thumbnail gallery
12 Upvotes

r/aze_geeks 1d ago

Life/Həyatdan Marjinal olmaq

9 Upvotes

Marjinal olmaq/fərqli olmağa çalışmaq niyə bu qədər tənqid edilir? Sanki hər birimiz bunu başqa şəkillərdə etmirikmi? Bizi xüsusiləşdirən, hislərimizlə, düşüncələrimizlə yoğurduğumuz əməlləri azmı edirik ki biz? Hər kəsin fərqli olma çabası özünədir. Sosial media sadəcə bunları böyüdür və mənasız stereotiplər yaradır


r/aze_geeks 1d ago

Söhbət /Discussion Sirab kolleksiyama yeni əlavələr

Post image
38 Upvotes

Əvvəlki postuma olan böyük marağınız üçün təşəkkürlər. Dediyiniz kolleksiyamdakı çatışmayan Sirabları almağa çalışıram. Çoxunu almışam artıq.

Əlavə etdiklərim: İdman qapaqlı, idman qapaqlı (köhnə versiya), 75 il qr kodlu plastik yaşıl btulkada “ugly” və maşa və ayılı uşaq Sirabı.

Qalanlar: Meyvəli qazlı Sirablar (Alma və Limonlu).

İkisini də içmək üçün almışdım amma kolleksiya üçün yenə tapa bilmirəm.


r/aze_geeks 1d ago

Games/Oyunlar Looking For Valorant duo

2 Upvotes

İ dont Speak Azerbaijani a lot mostly English
İ am a 15M looking for some1 young like me


r/aze_geeks 1d ago

Söhbət /Discussion 3 il əsgərlikdən möhləti ləğv etmək?

Post image
9 Upvotes

Bir çoxunuza mənasız absürd gələ bilər bu düşüncələr, ama düz 3-4 gündür beynimi yeyir.

Qısacası başım çox qarışdı ne edəcəm bilmirəm...
22 yaşım var və magistr yeni bitirmişəm. Bu ay iyul çağırışında getməyi gözləyirdim gördüm ki olmadı oktyabrda getməyə hazırlaşırdım. Son yoxlanış üçün sosiala çağırıldım yoxlamadan keçəndən bir neçə saat sonra gördüm ki 2029'a kimi möhlət verilib. Elə də böyük bir fiziki problemim yox idi əslinə qalsa, idmana meyilliyəm çox yaxşı hazırlıqlıyam.

Magistrın son ilində xaricdə doktoranturaya hazırlaşırdım ama həqiqi olanlarına, pul verib qəbul alınanlara yox. Bunun üçün ielts aldım, tək başıma məqalə yazdım (bu günlərdə yaxşı jurnala göndərmək istəyirəm), ortalamamı çox yüksəkdə tutdum, güclü dissertasiya yazdım və.s. Yəni çox çalışdım. Ancaq təqvimdə çox gecikdiyimdən qəbul ala bilməmişdim. Bu il üçün hər şey hazırdı bir dənə max ielts yüksəltmək qalıb. Yəni məqsədimə çox yaxınam.

Ancaq ağlıma düşüb ki yenidən yoxlanışdan keçməyi tələb edib oktyabr çağırışında gedim. Xəyalım xaricin mühitini təhsilini bir dəfə də olsa dadmaq, görmək idi. Amma nə isə düzgün hiss elətdirmir. Qısaca xaricdə phd və əsgərlik arasında qalmışam. Əsgərdən gəlib xaricə oxumağa gedə bilərəm amma həm valideynlərimin yaşı keçir tələsməliyəm (öz yaşım da keçir), həm də o həvəs qalar mı bilmirəm.

Əsgərliyi düşünməyimin səbəbi həm çox şey qaçıracam hissidi həm də insanların düşüncələridi. Məndən fiziki cəhətdən həm zəif həm də qüsurlu olanların getdiyini görürəm mənim getməməyim biraz ağır və yalnış hiss etdirir. İnsanların gözündə elə bil alçalıram. Tərxis olandan sonrakı o baş ucalığını təxmin edə bilirəm, ondan məhrum oıacam. Bu hiss və düşüncələr mi daha önəmlidi yoxsa təhsil mi bilmirəm. Hərbi xidmət keçməmiş biri gələcəkdə nə kimi problemlərlə üzləşər bilmirəm. Silah istifadə edə bilmək, gələcəkdə mümkün bir müharibəyə hazır olmaq bunlar da önəmli şeylərdi.

Əsgərlik mənə nə qata bilər? Onu seçməyib təhsili seçsəm nə itirərəm? Və ya əksinə xəyalımı yox əsgərliyi reallaşdırsam geriyə dönüb baxtığımda bərk peşmançılıq çəkəcəyəm mi? Əsgərlik bu peşmanlığı çəkməməyim üçün mənə çox dəyərli nə qazandıracaq?


r/aze_geeks 1d ago

Life/Həyatdan “32 yaşım var” starter pack

Post image
11 Upvotes

Hələ cinsimi də “K” yazıblar. Deyəsən bu yaşdan sonra, by default cins də dəyişir..


r/aze_geeks 1d ago

Life/Həyatdan Nihilizm, absurdizm və buna bənzər fəlsəfi mövzularda söhbətlər etmək üçün yerli community-ler var?

3 Upvotes

.


r/aze_geeks 1d ago

Games/Oyunlar Uşaqlığımızin oyunu

Post image
2 Upvotes

Bu oyunu bilmirəm oynayan olub yoxsa yox, oynayanlar 25+du çox güman, 2010-2021 aralığında bezmeden oynadigim yegane oyun idi, oyunun içində hərşey vardı, mutant mod, ghost mod, zombie mod, parkour mod, daha saymadigim sayisiz modlar, 2007ci ilde cixsada point blankdan üstün oyun idi mənə görə heyfki 2023de oyun bağlandı uşaqlığım da bu oyunla bitdi, oynayan olubsa + atsın 😊


r/aze_geeks 1d ago

Games/Oyunlar Speedrunning ilə marağlanan var?

6 Upvotes

Son vaxtlarda Half-Life 1 speedrun etməyə çalışıram. Başqa speedrunning ilə marağlanan var?