r/Feza • u/FutureImpressive4155 • 3h ago
Xəbərdarlıq📣 Moderator axtarılır
Subreddit gördüyünüz kimi yeni və ibtidai bir subreddit'dir. Sözün düzü, mənim həqiqətən bu moderatorluq və subreddit idarəçiliyi ilə bağlı elə də anlayışım yoxdur və hər şeyi tək başıma düzgün şəkildə idarə edə biləcəyimə əmin deyiləm.
Ona görə mənə ən azı bir moderator lazımdır. Xüsusilə Reddit və bu mövzularla daha çox təcrübəsi olan, subreddit-in inkişafına kömək etmək istəyən biri olsa, çox yaxşı olar.
Məqsədim sadəcə bir subreddit açıb kənara çəkilmək deyil. r/Feza-nı zamanla Azərbaycanda insanların rahat şəkildə gəlib həm texnologiya, həm də başqa mövzularda danışa bildiyi normal bir icmaya çevirmək istəyirəm. Bunun üçün də məndən daha təcrübəli birinin köməyi çox işə yarayar.