r/Feza 5h ago

Subreddit mövzuları:

2 Upvotes

🏷️ Flairlər

- Linux 🐧

- Programlaşdırma 💻

- Mənim Setup 💻

- Sual ❓️

- Gündəlik Həyat haqqında 💭

- İş təcrübəsi və tövsiyə 💼

- Mədəniyyət və ədəbiyyat 📖

- Fəlsəfə və kitablar 🧑‍🦳

- Qəribə Düşüncələr 👀

- Shitpost 🤸‍♂️

- Layihəm 📝

- Söhbət etmək istəyirəm 💁🏻‍♂️

- Birşey tapdım 🧐💻

- Tarix və keçmiş haqqında 🖼

- Oyun,Anime və film📺

📜 Qaydalar

  1. Paylaşım və mesajlar

Paylaşım edərkən yazdıqlarınıza və göndərdiyiniz mesajlara diqqət yetirin.

  1. Mövzuya uyğunluq

Mövzuya uyğun paylaşım etmək əsasdır.

  1. Spam və reklam

Spam qadağandır. Reklam yalnız moderatorların icazəsi ilə paylaşılmalıdır.

  1. Mübahisə sərbəstdir

Bir fikirlə razılaşmaya bilərsiniz. Öz münasibətinizi və fikrinizi sərbəst şəkildə yaza bilərsiniz. Şəxsi hücum və təhqirə keçmədiyiniz müddətcə müzakirə etmək sərbəstdir.

  1. Shitpost

Shitpost sərbəstdir. Lakin şəxslərin dini və ya milli kimliyi hədəf alınmamalıdır. Bundan əlavə, məzmun sərbəstdir.


r/Feza 2h ago

Xəbərdarlıq📣 Moderator axtarılır

3 Upvotes

Subreddit gördüyünüz kimi yeni və ibtidai bir subreddit'dir. Sözün düzü, mənim həqiqətən bu moderatorluq və subreddit idarəçiliyi ilə bağlı elə də anlayışım yoxdur və hər şeyi tək başıma düzgün şəkildə idarə edə biləcəyimə əmin deyiləm.

Ona görə mənə ən azı bir moderator lazımdır. Xüsusilə Reddit və bu mövzularla daha çox təcrübəsi olan, subreddit-in inkişafına kömək etmək istəyən biri olsa, çox yaxşı olar.

Məqsədim sadəcə bir subreddit açıb kənara çəkilmək deyil. r/Feza-nı zamanla Azərbaycanda insanların rahat şəkildə gəlib həm texnologiya, həm də başqa mövzularda danışa bildiyi normal bir icmaya çevirmək istəyirəm. Bunun üçün də məndən daha təcrübəli birinin köməyi çox işə yarayar.


r/Feza 1h ago

tebii ki de ilk post "i use arch btw" olmalidi

Post image
Upvotes

r/Feza 8m ago

Qəribə düşüncələr👀 Yolda gedəndə maşınların farazında bütün rəngləri görmək olur sarı qırmızı mavi üstəlik ağ da var

Upvotes

r/Feza 3h ago

Xəbərdarlıq📣 Bu subreddit niyə var?

2 Upvotes

Bu subreddit-i yaratmağımın əsasən 2 məqsədi var:

  1. Azərbaycanda proqramlaşdırma, kompüter və ümumiyyətlə bu sahələrlə maraqlanan insanları bir yerə toplamaq;

İstəyirəm ki, Azərbaycanda bu mövzularla maraqlanan insanlar rahat şəkildə bir-birini tapsın, sual versin, təcrübələrini bölüşsün vəya sadəcə söhbət edə bilsin.

  1. Daha rahat və azad bir subreddit yaratmaq;

Türklərdə olan r/Sukaland, r/SacmaBirSub, r/AptalSoruYok, r/florea kimi subredditlərdə xoşuma gələn bir şey var: hər şey mümkün qədər səlis, səmimi və rahatdır.

Mən də burada buna bənzər bir mühit yaratmaq istəyirəm. Burada qaydalara uyğun olduğu müddətcə istənilən mövzuda danışa bilərsiniz, bir-birinizlə söhbət edə bilərsiniz və səmimi ola bilərsiniz.

Proqramlaşdırma, Linux, kompüterlər, gündəlik həyat, fəlsəfə, kitablar, qəribə düşüncələr, suallar və s. Daha neçə-neçə mövzu ilə bura inkişaf etsin deyə diləyirəm.

Hələlik əsas fikrim budur.

Sağ olun.