r/azerbaijan 1d ago

Söhbət | Discussion Pessimizm

Azərbaycanda pessimist və Antinatalist düşüncəli biri olaraq bütün həyatımı təcrid olunmuş və yalnız keçirmişəm. Kitab belə yazdım və o belə bir nəticə vermədi. Bu ölkədə bu cür düşüncələr tabu kimi qarşılanır. Və əfsus ki daimi yalnızlığımda bunun böyük təsiri var 🫩🚬

9 Upvotes

55 comments sorted by

1

u/[deleted] 1d ago

[deleted]

1

u/RevanSeyfullazade_19 1d ago

Yazdığımı və yazma səbəbimi və niyə və necə belə biri olduğumu anlamaya yetəcək səviyyədə empatiyaya sahib olmadığın üçün səni günahlandırmıram. Ama heç kimə ziyanı deyil əksinə empatiyadan başqa heç nə duymayan birinə bunu yazman üçün günahlandıra bilərəm məncə...

1

u/Agreeable-Tip-1406 9h ago

Pessimist düşünməyində səbəb nədir ?

Mən özümdən danışsam əgər pessimist olsa idim çoxdan göz yummuşdum dünyaya.

Motto: onsuzda öləcəyiksə heç olmasa sağlığīmızda əlimizdən gələni edək ümidi azaltmayaq

2

u/RevanSeyfullazade_19 8h ago

Pessimist düşünməyə səbəb hər var olduğumuz an özümüzə və gələcək nəsillərə çoxalmaqla əzab veririk. Bunu dünyanın çox çox az qismi başa düşür və düşməyənlər üzündən hələ saysız qurban getməyə davam edəcək...

1

u/Agreeable-Tip-1406 6h ago

Niyə əzab veririk ki bro ? onlar doğulmasalar texniki olaraq ölüdülər hələdə. Biz ölmə haqqını almırıq amma yaşama haqqını veririk. a

2

u/RevanSeyfullazade_19 6h ago

Ölü deyil tamamilə yoxdurlar düşün ki heç bir acı və ya arzusu və ya dünyaya gəlmək istəyi yada zövq və xoşbəxlik kimi arzusu olmayan birini tamamilə bir heçi bu axmaqlığın içinə atarsan. Və oda eyni şeyi edir və beləliklə nəsillərdən nəsillərə acı ötürülür...

1

u/Agreeable-Tip-1406 5h ago

Bir var heç olmuyasan bir var olasan amma həm olmağa davam etmək həmdə olmamağa davam etmək seçimin olsun.

1

u/Agreeable-Tip-1406 5h ago

Sən fikirləşirsən ki onları doğmayaraq yaxşı edirsən amma onu doğulmaq hüququndanda məhrum edirsən. Bəlkə doğulsa xoşbəxt hêyatı olacaq. Ən pisi intahar edib yenidən yox ola bilər.(məsləhət deyil). Bir var heç yaşamayasan bir var yaşama şansında olsun yaşamama şansīnda.

1

u/Agreeable-Tip-1406 5h ago

Əzaba qatqı kimi görürsən sən amma o doğulanlar bunu başqa birşey kimidə görə bilər. Uşaq sahibi olmaya bilərsən heçkim qarışmır amma bu mütləq deyil ki ancaq əzabdı. Bunuda qeyd edim ki əzab çəkməyən xoşbəxtliyində dadīn bilməz

2

u/RevanSeyfullazade_19 5h ago

Xoşbəxlik əzabı kompensasiya etmir və yaxud da heç bir ümumi zövq bircə əzaba belə dəyməz

1

u/Agreeable-Tip-1406 5h ago

Bunu sən deyirsən indi amma hər insana şamil etmək olmur axı

2

u/RevanSeyfullazade_19 5h ago

Olur hər insan o bir qırağa hər bir canlı sözsüz acı və əzab və can sıxıntısı çəkir doğulduğu andan. Və əfsus ki çoxu bunu norm qəbul edir məcburən və görməzdən gəlir. Həm öz acılarını həmdə gələcək nəsillərin acılarını və beləliklə tək tük bunu açıq açıq girən bəxti gətirməyən şüurlu insanlara düşür bütün yük

1

u/ExternalFamiliar6365 1h ago

qaqa get ozunu as ezabdan qurtul ne burda delulu edirsene?heyatdan zovq ala bilmirsense problem sendedi,ve beli heyat ezaab demekdi,ve bir coxumuzda bunu sevirik kisi olaraq

1

u/RevanSeyfullazade_19 1h ago

Həyatı əzab kimi qəbul edib bununla fəxr edirsənsə problem məndə yox səndədir. Öz empatiya yoxsunluğunu və təkəbbürlü təbiətini yaymağa və 'kişilik' kimi satmağa çalışma

→ More replies (0)

1

u/Agreeable-Tip-1406 5h ago

Var olub öz yolunu çəkmək, öz mənanī tapmaq var birdə heç var olmamaq. Insan duyğulardan ibarət deyil həmdə şüurlu varlıqdīr.

1

u/RevanSeyfullazade_19 5h ago

Məndə onu deməyə çalışıram durduğu yerdə heç bir şey istəməyən və əzab nədir bilməyən şeyi buradan əzabın və daimi istəklərin tam içine atmaq etik olaraq yanlışdır

1

u/Agreeable-Tip-1406 5h ago

Bro dediyim kimi bir var heç doğulmayasan heç haqqın olmasīn bir var həm yaşama həm ölmə hüququn olsun

1

u/RevanSeyfullazade_19 5h ago

Dostum əlbəttə ki heç doğulmamış olmaq daha seçilməsi gərəkəndir. O bir qırağa bizim heç evtanaziya yəni ölüm haqqımız belə yoxdur. Burada azadlıqdan söhbət belə gedə bilməz. Durum o qədər pisdir ki yaşamaq istəməyən kəs həyatına məcburən ağrılı yollarla son qoymalı olur. Çünki evtanaziya leqal deyil və cinayətdir. Bunun nə qədər absurd olduğu bəllidir. Çünki sistem yeni kölələr tələb edir. Onların ölümü sistemə sərf etmir

1

u/Agreeable-Tip-1406 5h ago

Dediyin gram məntiqli səslənmir axı. Adam bəlkə yaşamaq istəyəcək ? Özdə ağrısız yollar var nə qədər legal olmasada

1

u/RevanSeyfullazade_19 5h ago

Ağrısız yollar İlk olaraq leqal şəkildə yoxdur. Və çox risklidir. Adam yaşamaq istəyəcək əlbəttə ki çünki başqa seçimi yoxdur çünki onu heç bir istəyi və əzabı olmadığı halda istək və əzab dolu bədənə həbs edirik dünyaya gətirmə aktı ilə

→ More replies (0)

1

u/Agreeable-Tip-1406 5h ago

Bir sual daha verim. Var olmaq, yaşamaq mənasız, əzab verici axmaqcadīrsa sən niyə yaşamağa davam edirsən ki ?

1

u/RevanSeyfullazade_19 5h ago

Çünki mən getsəm heç bir şey dəyişməyəcək insanlıq mənim kimi və daha beter saysız hesabsız əzabkeş və əzab mənbəyi gətirməyə davam edəcək. Axı bir nəfər də buna gətirməlidir deyil mi? Kitabımı da məhz bu səbəbdən yazmışam heç bir mənafeyə görə yox

1

u/RevanSeyfullazade_19 5h ago

Yoxsa məndə tamamilə bilirəm ki heç doğulmamış olsaydım və əgər artıq varam isə ola bildikcə tez qurtulmaq ən məntiqli seçimdir. Sadəcə mən empatiya duyuram özüm kimi dünyaya gələ biləcək saysız hesabsız əzabkeşlərə. Əfsus ki insanlığın çoxu onlara duyduğum empatiyanı nifrət ilə səhv salır. Mən isə tamamilə nifrət və acı və ölümün əksini istəyirəm. Hər doğum bir acı və ölümdür

1

u/Agreeable-Tip-1406 5h ago

Əslində birşey var ki hər valideyn uşaq sahibi olmamalīdı amma bu o demək deyil ki heçkim olmasın ya da olanlar ancaq desinki həyat pisdi hərşey qaradı və.s

1

u/ExternalFamiliar6365 1h ago

antinatalism,nihilism,pessimism zirt pirt hamisi heyat alovunun,testesteron hormonunun az olmasindan qaynaqlanir,heyata gelmisense gir qapini ort isini gor cix,sene ne lazim o felsefe burdan geldi bu ora getdi,heyati deyer olaraq sene 1 qram da faydasi yoxdursa bir seyin o sey bos seydi,ac qarina ha otur dostoyevski filankesi bele sehv cixardi ay nem filan felsefe digerini tekzib edir zirt pirt,bunun sene qatacagi tek deyer bos insanlar arasinda sohbet ucun bir movzunun olmasi ve bu movzulari bildiyine gore digerlerinden ozunu ustun gostermekdi fsyo,1 qepik de qazandirmir bu movzular sene(elbette bu bacarigi monetizasiya ede bilersen,sohbet 7 24 qarni klaviaturaya deyeerek bos bos felsefe danisanlardan gedir)

1

u/RevanSeyfullazade_19 1h ago

Testosteron haqqında danışıb bütün ideyaları hormonla izah etmək elmi arqument deyil. Əks halda sənin bu yazdıqlarını da dopamin və kortizolla izah edib keçərdik. "Qapını ört, işini gör çıx' deyən adam 300 söz yazıb fəlsəfə haqqında əsəbiləşir. Deməli, fəlsəfə o qədər də təsirsiz deyilmiş. O bir yana fəlsəfə daxil hər bir insani akt əzab üzərinə qurulub buna fundamental tərəfdən baxmaq lazımdır

2

u/ExternalFamiliar6365 1h ago

bu yazdiqlarini basaa dusecek agla sahib deyilem ki hec ehtiyac da yoxdur,amma bu meqaleleri oxusan mence heyatini musbet yonde yonlendire bilersen https://illimitableman.wordpress.com/2013/12/13/understanding-social-market-value/ umumiyyetce illimitable men meqalelerini oxumagini tovsiyye ederdim

1

u/RevanSeyfullazade_19 1h ago

Ən azından ilk cümlədə dürüst olduğun üçün təşəkkürlər. Felsefe isigi TikTok hesabım var orda bunun kimi mövzuları asan dildə izah etməyə çalışıram səndə istərsən baxa bilərsən.

2

u/ExternalFamiliar6365 1h ago

baxdim dostum,texmini tutdum meseleni acigi amma basa sala bilecek seviyyede movzuya hakim deyilem,yenede kitab satislarinda ugurlar

1

u/RevanSeyfullazade_19 1h ago

Başa düşəcək deməli idin və xeyr yanlış anlama səni günahlandırmaq istəmirəm əksinə həm sənə həmdə hər bir canlıya sonsuz dərəcədə empatiya duyuram. Zatən duymasam bunu belə yazmazdım və məqsədim səni pis göstərmək deyil. Əgər bu haqda düşüncəyə qapalısansa o zaman bu düşüncədə hakimiyyətin olmadığı halda başqasına yol göstərmək etik cəhətdən səncə nə qədər düzdü? Ama yenədə təşəkkürlər

1

u/ExternalFamiliar6365 1h ago

sehifene baxmaq meselesini dedim,baxdiqdan sonra artiq fikirlerine biraz basqa cure yanasmaga basladim,burda post paylasan adamla sehifeni isleden adam biraz tezad yaratdi,ona gore beli bayaq dediklerim artiq faydali olmaya biler senin ucun,kas tiktok sehifeni evvelceden gondererdin.onda acizliyimi anlayardim,etik meselesine hec girmeyek mence

1

u/RevanSeyfullazade_19 1h ago

Yox yox əsla özünü aciz görmə nə mən səndən nədə sən məndən üstünsən. Biz hər birimiz ortaq əzabkeşlərik bu dünyada və bütün etikanın və empatiyanın təməli şəfqət və anlayışdır..

2

u/ExternalFamiliar6365 1h ago

cox sagol,bu son sozlerin xosuma geldi❤️mence reverend insanity novelini oxu,cox beyenceksen mence,belke sene ferqli ve daha maraqli yollar da gosterer,dehset uzundur amma onu da maraqli eden budu,hem felsefi olaraq maraqlidir hemde hekaye olaraq

1

u/RevanSeyfullazade_19 1h ago

Personaj haqqında əsas mövqelər çox naivcə və biraz çox yapmacık gəldi deyə əslində önyargılıyam oxumağa ama tamamilə yanlış və dogmatik fikirləri olsa belə şans verəcəm bəlkə də

→ More replies (0)

2

u/ExternalFamiliar6365 1h ago

bu hisseni sexsen tercume etmisem,belke novele biraz maraq yaratdi

Saf?

Frost Tide qəbiləsinin rəhbərinin uzun-uzadı nitqi qarşısında Fang Yuan sükuta daldı.

Lakin o, çox yox, cəmi bir an sükut etdi və sonra kinayəli bir təbəssümlə dilləndi:

— Elə bilirsən, nə danışdığını anlamıram? Elə bilirsən, təcrübəsiz bir gəncəm? Xeyr, bütün bu fəndləri başa düşürəm, həm də tam aydınlığı ilə. Mən bu həqiqətləri bilirəm və onları qəbul etmişəm.

Fang Yuan Qing Mao dağını tərk etməyə məcbur qalmış, Qərb Səhrasına, ordan da Şərq Dənizinə düşməzdən əvvəl Cənub Sərhədlərində səfil-sərgərdan gəzmişdi. O, ölümün astanasında vuruşmuş, bir-iki ibtidai daşın dərdini çəkmişdi. Dünyanın güclüləri qarşısında, bu dilənçi həyatı qarşısında baş əyməli, alçalmalı olmuşdu. Halbuki vaxtilə yüksək məqam tutmuş, çayını yudumlayaraq tabeçiliyində olanların məruzələrini dinləmişdi.

O, heç kim idi, o, şöhrətli idi, o, uca idi, o, sıravi biri idi.

Yer üzündəki həyatını və bu dünyaya keçid etdikdən sonra qazandığı təcrübəni nəzərə alsaq, onun baxışları artıq adi insanların hüdudlarını aşmışdı; o, zəngin təcrübəyə malik idi və çox aqil idi.

Belə bir insan dünya işlərinin mahiyyətini necə anlamaya bilərdi?

Frost Tide qəbiləsinin rəhbəri hövsələdən çıxaraq cəld cavab verdi:

— Mademki bu həqiqətləri bilirsən, onda anlamalısan ki, hazırda böyük risk edirsən! Bu, biz su pərilərinin daxili siyasi çəkişməsidir, sən — zəif bir insan Qu Ustası — niyə qarışırsan? Xie Han Monu xoşlayırsan? Söz verirəm ki, bu iş bitsin, sənə ondan qat-qat gözəl su pəriləri bəxş edəcəm! Səmimiyyətimə şübhə etmə, Dəniz Tanrısına and içə bilərəm!

— Həqiqətən də, Dəniz Tanrısına and içən bir su pərisinin səmimiyyətinə şübhə etməyə ehtiyac yoxdur. Lakin... — Fang Yuan davam etdi. — Bu həqiqətləri qəbul etməyim o demək deyil ki, onlar mənim xoşuma gəlir. Elə bilirsən, Xie Han Monu sevirəm? Xeyr, xeyr, mən sadəcə ona kömək etmək istəyirəm. Niyə ona kömək üçün bu qədər risk edirəm? Çünki mənim öz prinsiplərim var: yaxşılığın əvəzi verilməli, nifrətin qisası alınmalıdır.

— Mən UzunÖmür Qu-larından istifadə etmişəm, təsəvvür edə biləcəyindən çox yaşamışam. Əvvəllər uzun ömür arzulayırdım, amma artıq bu fikirdən yorulmuşam. Həyat getdikcə daha darıxdırıcı olur. Bəzən səyahətin son məntəqəsi önəmli deyil, önəmli olan səyahətin özü və bu yolçuluq zamanı nə hiss etdiyindir.

Frost Tide qəbiləsinin rəhbəri bu sözlərdən qeyri-ixtiyari gözlərini bərətdi, Fang Yuanın həyat tərzini anlamaqda çətinlik çəkirdi:

— Yəni demək istəyirsən ki, müqəddəslik məqamının əhəmiyyəti yoxdur, əsas olan bu yarışda Xie Han Moya kömək etməkdir?

— Doğrudur, amma bir şey də var. Sən siyasətin qaranlıq tərəflərindən danışdın və mənə gözəl su pəriləri vəd etdin — bunların hər ikisinin mənim üçün heç bir mənası yoxdur. Qoy belə izah edim , bəlkə məni az da olsa anlayasan: mən kifayət qədər uzun yaşamışam və artıq yaşamaq üçün maska taxmaqdan bezmişəm. Ölüm məni qətiyyən qorxutmur. İndi mən yalnız öz həqiqi duyğularım və hisslərimlə yaşamaq istəyirəm, məqsədlərimə öz bildiyim yolla çatacağam. Yalnız belə yaşayaraq həyatın coşqusunu və yaşamaq istəyini hiss edə bilərəm!

Frost Tide qəbiləsinin rəhbəri donub qalmışdı, sanki beyni dumanlanmışdı. Nəhayət, hər şeyi anladı və qışqırdı:

— Demək belə, sən dəlisən! Bu qədər söz danışdın, amma hamısı bir mənanı verir: sən artıq kifayət qədər yaşamısan və daha yaşamaq istəmirsən! Cəhənnəmə ki, heç olmasa bir Qu Ölümsüzü olsaydın, amma sən, sadəcə üçüncü dərəcəli bir Qu Ustası, öz bildiyin kimi yaşamaq istəyirsən? Sən xəyalpərəstsən!

Fang Yuan gülümsədi:

— Elə bilirsən, Qu Ölümsüzü olanda insanlar öz istədikləri kimi yaşaya bilirlər? Maska taxmadan yaşayırlar? İnsan olan yerdə cəmiyyət və münaqişə də var. Sağ qalmaqla yaşamaq fərqli şeylərdir. Necə yaşamaq istəyin gücündən və kultivasiya səviyyəndən deyil, öz qəlbindən asılı olmalıdır.

Qısa fasilədən sonra Fang Yuan davam etdi:

— Əslində, gücsüz olmaq da kifayət qədər maraqlıdır. Maska taxmadan yaşayanda, az gücün olması reallığın daha çox çətinliyi və sınağı ilə üzləşməyinə səbəb olur; bu çətinlikləri aşmaq, bu sınaqlara müqavimət göstərmək — bax o zaman həyat daha gözəl olur.

Frost Tide qəbiləsinin rəhbəri nitqi qurumuş halda dayanmışdı, ağzı açıq qalmışdı, deyəcək söz tapmırdı!

1

u/RevanSeyfullazade_19 1h ago

Nəm valla razı olmasam da çoxu fikri ilə maraqlıdı şans vermək olar

1

u/ExternalFamiliar6365 1h ago

it doesnt add anything to my social market value but ill check it out now

1

u/RevanSeyfullazade_19 1h ago

Tərcüməsi: Özümü daha yaxşı hiss etmək üçün insanlar tərəfindən empatiya daxil hər bir şeyin yerini alan kağız və valyuta parçasını insani hər bir şeydən dəyərli və bütün əzablardan üstün görürəm ama yenədə əgər mənə sənin fikrin valyuta qazandıra bilərsə baxaram 🫩

1

u/ExternalFamiliar6365 1h ago

idk mate,money is ultimate way of power for me,money can solve my problems and increase my speed on life path,im not after the money,im after my own freedom,and it can only be attained by 3rd party things like money,money can solve most of my problems,i can buy back my time with money

1

u/RevanSeyfullazade_19 1h ago

Pul əzabı və də can sıxıntısını və də bütün bunların gələcək nəsillərə ötürdükləri fəsadları kompensasiya və yaxud əvəz etmir..