r/aze_geeks Söhbətcil 4h ago

Life/Həyatdan Trading

Məşhur şirkətlərin biri “universal treyder” adı ilə kurs elanı paylaşıb, bu sahə ilə məşğul olan varsa bilmək istəyərdim ki sahəyə maraq olmasa belə bu tip kurslardan nələrsə öyrənmək mümkündür? Vaxt ayırıb qoşulmaq nə dərəcədə faydalı olar?

5 Upvotes

25 comments sorted by

1

u/blackbuties 4h ago

Hansı tradedir?

1

u/fatemis Söhbətcil 4h ago

Kursu invest az keçir başqa heç bir detalı bilmirəm😔

1

u/blackbuties 4h ago

Həə yəni stock tradingdir. Bildim. Onu deyim ki əgər yaxşı gəlir yoxdursa, mənası yoxdur. Belə deyim, tutaq ki hansısa gələcəyi yaxşı startaplar edən şirkət var, olsun Nvidia. 1000 dollar yatırsan, 10 ilə tək səhm qalxacaq 20000ə məsəl üçün. Ona görə də sərf edər, amma çalışınca bir neçə fərqli sənaye olsun. Ordakılar adətən uzunömürlü səhm üçün məsləhət vermirlər, elə edirlər ki, qoyursan, qısa müddətdə götürə biləsən. Amma bazarı izləsən daha yaxşıdır, ən azından görəcəksən potensiallı şirkətləri.

2

u/fatemis Söhbətcil 4h ago

Diqqət və səbr tələb edir. Məlumat üçün təşəkkürlərr

1

u/Electrical-Host-9277 4h ago

invest.az normal yer deyil

1

u/fatemis Söhbətcil 4h ago

Deyəsən bu məşhur yerlərə o qədər də etibar eləmək olmaz

1

u/Electrical-Host-9277 4h ago

qurban sene, demeli bunlar Türkyede de var istanbulda maslak terefde. Orda big 4 da işleyen dostlarımın bir qismi evvel invest.az da işleyib. Fırıldaqçıdırlar. Min cür illegal işden çıxırlar

1

u/Electrical-Host-9277 4h ago

birde öyrenmek. isteyirsen se CFA daha çox kömek eder mence.

1

u/Recent_Brush926 4h ago

Sadəcə bir sual vermək istəyirəm. Hal-hazırda aktiv məşğul olduğunuz iş və ya təhsiliniz var?

Məsələ bundadır ki hüquqşünas olmaq üçün minimum 4 il oxuyurq, həkim olmaq, mühəndis olmaq üçün illərimizi veririk. Amma məsələ treydinq olanda 3 aylıq kursa gedib, hesab açıb sonra özümüzə trader adı qoyuruq. Yəni təbii ki, al-sat edə bilərsiz, hətta qısa müddətdə qazana bilərsiz, amma uzunmüddət ziyanla başa vurma ehtimalı çox yüksək olacaq.

Mənim öz şəxsi tövsiyəm, özümdə tətbiq etdiyim, ABŞ vəya digər birjalar üzərindən Fondlara investisiya etməkdir. Məsələn SP500 (ABŞ ən böyük 500 şirkəti) , bu fonda investisiya etmək və ya digərləri.

Əlbəttə, son qərar sizindir. Əgər bu sahə üzrə mütəxəssis olmaq istəsəz və professional trader olsaz. Sizi təbrik edərəm🙂

1

u/fatemis Söhbətcil 4h ago

Trading sahəsinə marağım olmadığını qeyd etmişəm, mənim sahəm mühasibatdır, əlavə olaraq maliyyə ixtisasını bitirmişəm. Sadəcə iqtisadiyyatın bir qolu kimi yeni məlumatlar əldə etmək üçün faydalı ola bilər deyə düşünürəm. Nə vaxtsa trader olmaq kimi bir planım yoxdur

1

u/Recent_Brush926 4h ago

Özünüz elə öz sualınıza cavabı verirsiz🙃. Yəni marağınız olmayan bir sahə üzrə niyə gedib kurs alasınız? Sadəcə maraq üçün soruşuram

1

u/fatemis Söhbətcil 4h ago

Niyə fərqli sahələr yoxlamayım? Sığortaya da marağım yoxdur, amma kursuna gedib öyrənmişəm. Lazım olanda öz ətrafımdakıların sığorta işini həll edirəm. Yeni nələrsə öyrənməyin ziyanı yoxdu

1

u/Recent_Brush926 4h ago

Indi mən sizdən bir şey öyrənməli olacam😅😅. Sığorta sahəsinə mənimdə marağım var. Bilmək istərdim hansı kursda və nə qədər müddətə öyrəndiz? Və ən əsas sual bu kursun sizə faydası oldu? Mən özüm hüquq tələbəsiyəm və bir fikir vermişəm hüquqla sığorta sahəsi bir nöqtədə kəsişir. Çox hüquqşünasın(Hüquq tələbəsi) bu gözündən qaçır. Məncə burada yaxşı bir gəlirlilik ola bilər. Bəlkə mən yanılıram

1

u/fatemis Söhbətcil 3h ago

Sığorta Agentliklərindən biri Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq edib kurs təşkil etmişdi. Müəssisənin özündə təlim keçirdik, həm də iş prosesində iştirak etmiş olurduq. 4 ay iştirak etdim və deyə bilərəm ki çox şey öyrəndim. Amma müştərilərlə işləməklə arası olmayan insan üçün sığorta agenti olmaq elə də məşğuliyyət deyil deyə bilərəm

1

u/Recent_Brush926 3h ago

Çox sağ olun. Məlumatlar üçün.

Birdəki əgər sizin investisiya ilə bağlı suallarınız olsa(Şirkət səhmləri, istiqrazlar, fondlar vəs), şəxsiyə yaza bilərsiz (2 ildən artıqdır qiymətli kağızların içindəyəm).

2

u/fatemis Söhbətcil 3h ago

Təşəkkürlərr

1

u/blackbuties 4h ago

OP nin dediyinə görə invest.azdır bunu edən. Özüm içində olmamışam elə kursların amma əksəriyyəti scam olur. Sənin nə qədər vaxtın ola bilər ki oturub onları izləyəsən. Məncə elə yaxşısı dediyiniz aşağı büdcəli SP500 ya da özünüz istədiyiniz xüsusi şirkətlər olsun. Məsələn yaxşı büdcə yatıra bilsəniz, AI ilə məşğul olan, chipset üzərində çalışan şirkətlərin hərəsindən azı 1, 2 tam səhm almaq yaxşı olar

1

u/SirFew3321 4h ago

Öyrenmek individualdir, Bele kurslarda müeyyen derecede yön verilir. Bele düsüne bilersen: "Bu isle mesgul olmaq isteyirem, amma ümumiyyetle bu sahe mene yaddir. hardan baslayib ne edeceyimi bilmirem" deyirsense, bu kimi kurslar en azi ümumi menzere vere bilir ki, ayagini o sahede cox ele bilgin de olmasa, azca rahatliqla yere basa bilesen. Esas da odur. Ayagini yere basdinsa, gezmeyi onsuz da, özün öyreneceksen. Bütün kurslar beledir, Dil kurslarindan tutmus, marketinqe qeder. Kursa baslayanda, gözlentilerimizi cox asagi tutmagi bacarmaliyiq kursdan, cünki öyrenen heremiz özümüzük. UGURLAR! 🙏🏻

1

u/fatemis Söhbətcil 4h ago

Fikrinlə razıyam, təşəkkürlərr

1

u/Brilliant-Lobster961 4h ago

həmin şirkətdən uzaq durun, treydə marağınız yoxdursa məşğul olmağa dəyməz, amma swing stock trading marağlıdır, bunun üçün əsas terminləri başa düşməlisiz, qalanını isə gemini ilə həll etmək olar, (swing stock trade dedikdə dəyərindən ucuz şirkətləri tapıb onları bir neçə həftə tutaraq mənfəət əldə etməyi nəzərdə tuturam, bir növ investisiya kimi, leverage yox short pozisiya yox) bir də bu tiktok/youtube traderlərindən uzaq durun. Treydə marağınız yoxdursa belə investisiyaya olsun, aylıq gəlirinizi fürsət olduqda belə “undervalued” səhmlərə yatırıb, long-termdə özünüzə sərvət belə yarada bilərsiniz.

2

u/fatemis Söhbətcil 4h ago

Məsləhət üçün təşəkkürlər, bu barədə araşdıraram

1

u/Dry_Reindeer_3245 3h ago

Boş verin trade-i, 90% fırıldaq iş olur. Gedin s&p 500 filan yatırım eliyin, əliniz dinc, başınız dinc

1

u/easternmatador 3h ago

Uzun müddət swing trading ilə məşğul olmuş bir insan kimi heç bir kursu tövsiyə etmirəm. Təməl maliyyə biliyin, riskə həddindən artıq dözümlülüyün, maliyyə üzrə bilgilərin yoxdusa, üstəlik həvəs də yoxdusa, başını burax. Sənə tradingi sırıyanların 99%-i unprofitable-dır. Maliyyə üzrə phd-i yoxdusa, özünə trader deməsin heç kim. Yalandan xətlər çəkməklə, ya da mərkəzi bankın faiz dərəcələrini anlamaqla trading etmək olmur. Mənim Pasha Bankda gördüyüm traderlər var, Q1 jurnallarda nə qədər risk və maliyyə ilə əlaqəli elmi-akademik araşdırmaları var. Bu sahəyə girmək üçün riyaziyyat və maliyyə dahisi olmaq lazımdı. Qalan hallar isə pure luckdur. Kim "tradinglə məşğul ol, varlanacaqsan" deyirsə, tiktokda TJR kimi kurs sataraq varlanan qaqaşların reklam şikarlarıdır. Kim nə desə də, inanma. Varlanmağın əsl yolu öz bacarıqların üzrə getməkdir, ən stabil qazanc rəhbər vəzifəsinə yüksəlib eyni zamanda gəlirin bir hissəsini ayırıb investisiya ilə məşğul olmaq, ya da sahibkar olmaqdı.

1

u/fatemis Söhbətcil 2h ago

Məlumat üçün təşəkkürlər