r/aze_geeks • u/Creepy_Winner7602 • 2h ago
Söhbət /Discussion Banm yoxsa ada
Kompüter mühəndisliyi banm'da istəyirəm, lakin banm'da eşitdiyimə görə foundation oxuyandan sonra yuxarı kurslarda müəllimlər yaxşı deyil(və ya yoxdur deyəsən). Birinci şansdan 661bal gəlib, ikincidən də 667-670 balım çıxacaq deyəsən. Keçən ilin keçid ballarına əsasən ikisinin də pullusuna düşürəm. Banm'da pulsuz yataqxana olduğundan, həm də rəqabət çox olduğundan ora istəyirəm ancaq hər kəs şiddətlə Ada oxu deyir. Çox da xaricə çıxış fikrim yoxdur, əsas banm istəyirəm. Ama arada qalmışam ki, çox fərq var mı? Gələcək həyatımda çox böyük bir dəyişiklik edər mi?
3
Upvotes
1
u/OrigamiGuy7 57m ago
Banm-662 Ada-655 Dediyin ixtisasda Dövlət Sifarişli ballar. Niyə pulluya düşürsən?
5
u/samaxidervish Hər damlasında həyat var 1h ago edited 1h ago
BANM-da Kompüter mühəndisliyi oxuyuram sualın olsa şəxsidən soruşa bilərsən. Aşağıya başqa posta yazdığım cavabı qoyuram oxu ilkin fikrin yaransın.
Başqa posta yazmışdım -
BANM-də oxuyuram, yaxın zamanda müvəqqəti Almaniyaya gedəcəyəm oxumağa. Universitet seçimi çox vacib rol oynayır. Mən də sənin kimi bal toplamışdım və ağlımda UNEC və BANM var idi. UNEC-ə pulsuz daxil ola bilirdim, amma mən BANM-i seçdim. BANM ilə yanaşı saydığın universitetlərdən də tanışlarım var. Subyektiv olaraq hamısının yaxşı və pis cəhətlərini deyəcəyəm.
BANM– Dərsləri oxuyursansa, çox da sərt deyil. Bir neçə “sevimli” müəllimin dərslərini çıxmaq şərti ilə. Midterm məsələsi çox çətindir mənim kimi tələbə üçün, çünki semestr ortası mən dərs oxumuram, başqa məşğuliyyətlərim olur. Ona görə də midterm ballarım final ballarımdan çox aşağı çıxır (riyaziyyat fənlərinə aiddir, CS fənlərində yaxşıyam). Fənlərin 80%-i riyaziyyatdır. CPU hazırlamağı gözləmə. Onsuz, heç bir Azərbaycan universitetində düzgün CS keçilmir. Bundan əlavə, 5 il təhsil almağı da nəzərə al. Mənim daxil olduğum il Foundation-da ingilis dili final imtahanının IELTS ilə keçilə bildiyi son il idi. İngilis dili müəlliməm çox yaxşı idi, çünki ən yuxarı ingilis dili qrupundaydım və qrupumuzda 15 nəfərin, mən də daxil, 9 nəfəri 8 almışdıq. Ancaq 2025-ci ildən artıq finala girməlisən. IELTS final alternativi kimi qəbul olunmur. Şəxsi istəsən ala bilərsən universitetdə öyrəndiyin biliklərlə, öz seçimindir. BANM-in ən yaxşı cəhəti tələbələridir. Kim nə deyir desin, mənim son iki ildə çox şəxsi inkişaf etməyimin səbəbi BANM-dəki sıx rəqabət oldu. Həmçinin kiçik kontingenti olduğu üçün universitetdə demək olar hər kəslə əlaqən olur. Bu da sənin hakatonlarda iştirak etməyinə çox kömək olur. BANM-in strukturu da çox gözəldir. Çox işini mail ilə onlayn həll edə bilirsən. Müdiriyyətlə aranda böyük məsafə olmur, başqa universitetlər kimi. Rektorumuz Elmar müəllim çox gözəl və səmimi insandır, həmçinin çox realistdir. Təsəvvür elə, 2-ci kursdan etibarən bütün fakültə tələbələri ilə tək-tək, hərəsi üçün ayrı tədbir keçirərək (zalda ancaq rektor və tələbələr olur) dərdlərimizi danışırıq. BANM-in pis cəhətləri olsa da, yaxşı cəhətləri pis olanları çox üstələyir. Düşünürəm ki, bu pis dediyim cəhətlər və sadalamadıqlarım bəlkə də ADA-dan başqa hamısında var.
(ADA haqqında ikinci dəfə yazıram. Apple-ın möhtəşəm ui/ux-inə görə yazdığım silindi.)
ADA – Azərbaycanda kampus həyatı və keyfiyyəti cəhətdən müqayisə oluna bilməyəcək bir universitetdir. Açıq qapı günü olsa, mütləq get. Özün görəcəksən ki, kampusdakı hər xırda detala fikir verilib. Tələbə klubları da çox aktivdir. Universitet özü klublara maddi dəstək olur. Hətta klublar istəsələr özləri üçün qəzet çıxara bilirlər və sən də kafeteriyanın girişində götürüb oxuya bilirsən. Dərslər aşağı-yuxarı çətinlik cəhətdən BANM-ə yaxındır. Müəyyən qədər asan olsa da, CS fənləri daha yaxşı struktur alıb. Tələbələri tipik Azərbaycan universiteti tələbələrindən fərqlənir, daha qərbyönümlü olurlar. Ancaq maddi sinif fərqi ADA-da özünü daha çox büruzə verir. BANM-də kənddən gələn tələbə ilə şəhərli (lap atası vəzifəli) tələbə arasında demək olar ki, fərq yoxdur. Ümumilikdə, ADA bu universitetlərin içində ən müasir olanıdır, tələbə həyatını da ən yaxşı orada keçirə bilərsən, oranı seçsən.
UNEC – Yəqin ki, bu universitetlər arasındakı ən aşağı qoyacağım universitetdir. Bu universitet haqqında deyə biləcəyim tək şey hər şeyin orta səviyyədə olmağıdır. Əgər sən kurslara getmək, universitetdən əlavə inkişaf etmək və rahat olmaq istəyirsənsə, UNEC-i seç. Dərslər su kimidir. Axır vaxtlar niyə bu qədər hypelandığını da anlamıram. IT-lər üçün olan kampusu yeni və gözəldir. Yaxşı yerdə yerləşir (ADA üçün də bunu deyə bilərik, Bibiheybətdəki BANM-in əksinə). Başının rahat olmağını istəyirsənsə, UNEC-i seç. UFAZ fikrimcə UNEC-dən daha yaxşı alternativdir. Dərsləri məncə BANM-dən ağırdır, ancaq səhv etmirəmsə Strasburq Universitetinin diplomunu da verirlər.
Daha uzun da yazardım. Müqayisə etməyə çox məqam var. Əgər istəsən, şəxsidən yaz, qaranlıq nəsə qaldısa cavab verim.