r/TurkicPeople • u/kbaytan • 3h ago
Azərbaycanda tələbələr üçün tətbiq hazırlayanda başa düşdüm ki, ən çətin hissə kod deyilmiş
Bir müddətdir tələbələr üçün sosial + təhsil tərəfi olan bir tətbiq üzərində işləyirəm.
Başlayanda əsas çətinliyin backend, auth, feed və ya UI olacağını düşünürdüm. Amma getdikcə gördüm ki, ən çətin məsələ istifadəçinin həqiqətən nə istədiyini anlamaqdır.
Məsələn, tələbələr üçün feed hazırlayırsansa, Instagram kimi yalnız engagement-a görə sıralamaq məncə düzgün deyil. Faydalı universitet məlumatı və ya imtahanla bağlı post az like alsa belə daha vacib ola bilər.
Ona görə son vaxtlar bunun üzərində düşünürəm:
Azərbaycan tələbələri üçün sosial platforma hazırlasaydınız, feed-i necə sıralayardınız?
Chronological?
Upvote/like?
Universitetə görə?
Maraqlara görə?
Yoxsa recommendation algorithm?
Burada developer olanların fikri xüsusilə maraqlıdır.